include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
BİRLƏŞMİŞ MİLLƏTLƏR
TƏŞKİLATININ BAŞ KATİBİ KOFİ ANNAN
CƏNABLARINA
Surəti: BEYNƏLXALQ ƏFV
TƏŞKİLATININ
İRAN VƏ
AZƏRBAYCAN ÜZRƏ XÜSUSİ SEKRATARINA
|
18.12.1999
Bildiyiniz kimi bugünkü İran
adlanan ərazidə yaşayan əhalinin təxminən yarısı Azərbaycan türküdür. 30 milyon
nüfusu olan bu millət, uzun illərdən bugünə qədər milli haqsızlıqlara məruz
qalmışlar. Öz varlığını və milli hüququnu müdafiəyə qalxan millət nümayəndələri
və ziyalıları isə həbsə alınır. Xüsusi ilə 1996-cı ildə Təbriz
şəhərindən xalqın tələbi ilə öz namizədliyini irəli sürmüş Təbriz
üniversitetinin müəllimi, görkəmli alim Professor Doktor Mahmudəli Çehreqani,
secicilərin səs coxluğu ilə İran Məclisinə secildikdən sonra, totalitar rejim
onun etibarnaməsini rədd edərək, hüquqlarını vəhşicəsinə taptaladı, özünü isə
həbsə aldı. O, həbsdə qaldığı 6 ay müddətində orta əsirlərə aid işgəncələrə
məruz qalaraq, sol gözünün görmə qabiliyyətinin 90%-i itirdi və həmin işgəncələr
nəticəsində, artıq beyin sümüyünün sol tərəfində cürümə əmələ gəlmişdir. Bugünə
qədər isə onun müalicəsi barədə hec bir tədbir görünməmişdir. Üstəlik, totalitar
rejim Doktor Çehreqaninin yaşadığı evinin sənədini və onun şəxsi pasportunu
əlindən almış, özünü isə işdən çıxarmışdır. Düz 3 ildir ki, Çehreqanini ev
dustağı ediblər. Onun görüşünə gələn tələbələri həbs edirlər və bütün
hərəkətlərini nəzarət altında saxlayıblar. Bildiyiniz kimi, İran ıslami şura
Məclisinin nöbəti secgilərinə təxminən iki ay qalır. Cari il Dekabr ayının 16-sı
səhər saat 9.30-da Doktor Çehreqani seçkilərdə namzədliyini qeydiyyatdan
keçirmək üçün Təbriz şəhər mərkəzi seçki komisiyasına gedərkən, yolda 10
nəfərdən artıq Ettelaat məmurunun hücumuna məruz qalaraq, tutuqlanır və
Ettelaatın Təbriz mərkəzinə aparılır. Həmin gecə ağır işgəncələrə dözməyərək, öz
huşunu itirir. Bir neçə saatdan sonra, tibbi yardımlar nəticəsində nəhayət ki,
özünə gəlir. Ona xarici və daxili mətbuata müsahibə verməmək barədə xəbərdarlıq
edirlər. Doktorun fiziki şərayitinin ağırlaşdığını görən rejim, bir gün sonra,
axşam saat 18-də zəmanətlə evinə buraxmağa məcbur olur. Əslində,
totalitar molla rejimi, özünə xas taktikalardan istifadə edərək, seçkilərdə
iştirak etmək istəyənlərin namizədliyinin qeydiyyata alınması ücün təyin edilmiş
qanuni vaxt müddətində Doktoru həbsdə saxlamış və qanuni zamanın sona
yetməsindən düz bir saat sonra, onu azad etmişdir. Yəni, ötən dövr əgər onun
etibarnaməsini ləğv etdilərsə, bu dəfə hec ümumiyyətlə namizədliyini verməyə
belə imkan vermədilər. Bunlardan əlavə, 6 gündür ki, Cənubi
Azərbaycanda milli hərəkatın fəaallarının kütləvi həbsi başlanmışdır. Bu müddət
ərzində onlarla tələbə, ziyalı və siyasi xadim həbs edilmiş və ailələrinə hec
bir məlumat verilmir. Həbs olanların icində Çehreqaninin müavinlərindən biri
Qulamrza Əmani və bir neçə CAMAH üzvü də vardırdır. Bildiyiniz kimi Bütün bu
olaylar BMT-nin insan haqları və vətəndaşlıq hüquqlarına aid qanunlarına ziddir.
Bunun ücün də, Doktor Çehreqaninin hüquqlarının müdafiəsi və bərpası naminə
ciddi tədbirlər görməyinizi, eləcə də həbs olanların taliyi ilə maraqlanmağınızı
xahiş edirik.
Dərin hörmətlə: Piruz DİLƏNÇİ
CAMAH Bakı
Komitəsinin
sədri
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|