PİRUZ DİLƏNÇİ QƏZETDƏ SÖYLƏDİKLƏRİNİ
MƏHKƏMƏ QARŞISINDA BİR DAHA TƏSDİQLƏDİ
19.02.1999

Millət vəkili Mətləb Mütəllimov tərəfindən «Şərq» qəzetinin Baş redaktoru Akif Aşırlı, jurnalist Ramil Hüseynli və CAMAH sədri Piruz Dilənçinin əleyhinə qaldırılmış cinayət işinin ilk mühakimə prosesi bu gün səhər saat 11.00-da Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Rzayevin sədrliyi ilə öz işinə başladı.
Məhkəmədə Mətləb Mütəllimovun hüquqi və ictimai vəkilləri iştirak edirdilər.
Məhkəmə prosesində qarşılıqlı iddialar irəli sürülərkən Piruz Dilənçi mətbuat və informasiya vasitələrində söylədiklərini bir daha təsdiqləyərək, yaxın vaxtlarda lazımi səndə və sübutları hakimə təslim edəcəyini bildirdi.
Piruz Dilənçi məhkəmə gedişatında bütün məsuliyyətləri rəsmən öz üzərinə götürərək, «Şərq» qəzeti və onun əməkdaşlarının heç bir məsuliyyət daşımadıqlarını bildirdi.
Piruz Dilənçi məhkəmənin fevralın 23-də keçiriləcək növbəti iclasında öz hüquqi və ictimai vəkillərini göndərəcəyini də vurğuladı.