include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
PİRUZ DİLƏNÇİ
AMİNİSTİYADAN İMTİNA ETDİ!
|
19.04.2000
Milli Məclisin deputatı Mətləb Mütəllimovun
şikayəti əsasında CAMAN funksiyoneri Piruz Dilənçinin əleyhinə başlanmış
istintaq əməliyyatı iki ilə yaxın davam etdikdən sonra, nəhayət ki, bugün
Yasamal Rayon Prokurorluğunda birincinin xeyrinə yekunlaşdırıldı. 122-ci
maddənin 2-ci hissəsiylə başlanmış cinayət işi, aparılmış təkrar istintaq
nəticəsində adı çəkilən prokurorluq tərəfindən təsdiqlənmişdir. Prokurorluq
tərəfindən P.Dilənçinin mövcud cinayət işinin aministiyaya şamil olduğu
bildirilərək, «zərər çəkəndən» üzr istəyəcəyi təqdirdə, barəsində aministiya
tətbiq ediləcəyi qeyd olunsa da, P.Dilənçi M.Mütəllimov haqqında söylədiyi
sözlərə görə peşman olmadığını və heç vaxt ondan üzr istəməyəcəyini bəyan
edərək, aministiyadan imtina etmişdir. ıcra üçün, iş sabah Yasamal Rayon
Məhkəməsinə göndəriləcək. ıstintağı yekunlaşdıran prokurorluq müstəntiqi Sakit
Məmmədyarov yaxın günlərdə məhkəmənin qərarı ilə P.Dilənçinin barəsində həbs
qəti imkan tədbiri seçiləcəyini istisna etməmişdir. Belə halın baş verəcəyi
təqdirdə, CAMAH rəhbərliyi ədalətsiz qərara etiraz olaraq, Respublika
prezidenti, xarici dövlətlərin nümayəndəlikləri, Beynəlxalq Əfv Təşilatı və
BMT-yə müraciət
edəcək.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|