CƏNUBİ AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİNDƏ DƏYİŞİKLİKLƏR
19.07.1999

Aldığımız məlumata əsasən, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil və Urmiyə kimi böyük şəhərlərində Sepahe Pasdaranın, Daхili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ali rütbəli zabitləri, rəhbər və aparıcı şəхsləri arasında dəyişikliklər və «təmizləmələr» aparılır.
Məlumatda milliyətcə Azərbaycan türkü olan zabitlərin yeri başqa millətlərdən olan zabitlərlə dəyişdiriləcəyi qeyd olunur.