include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
TÜRKİYƏ-İRAN MÜNASİBƏTLƏRİ
|
19.07.1999
Türkiyənin Tehrandakı səfiri İran Xarii İşlər Nazirliyinə çağırılmışdır. İran dövləti tərəfindən ona nota verilərək
Türkiyənin hərbi təyyarələri tərəfindən Piranşəhr şəhərinin bombalanmasını, bunun nəticəsində 5 nəfərin ölümü və
10 nəfərin yaralanmasını bildirərək, hadisəni mənfi hal kimi qiymətləndirmiş, səbəblərinin izah edilməsini tələb
etmişdir. Türkiyənin dövlət başçısı Bülənt Ecevit mətbuat konfransı keçirərək bildirib ki, mövzu ilə
əlaqədar yaranmış müştərək komissiya hadisə yerinə gedib, təhqiqatlar aparıb nəticəsini əldə etdikdən
sonra Türkiyə və İran dövlətlərinə məlumat veriləcəklər.
Türkiyənin Müdafiə Naziri Səlahəddin Çapaq oğlu bu hadisəni təkzib etmişdir.
Son 20 ilin içində Türkiyə və İran münasibətləri bu dərəcədə gərgin olmamışdır. Ərbəkan Dövlət başçısı olan zaman
İran və Türkiyə qaz-boru kəməri haqqında müqavilə imzalamışdılar. O zamandan bəri bu müqavilə Amerikanın təzyiqi
ilə həyata keçməmişdir. Bülənt Ecevitin İran daхilində gedən son hadisələrə münasibəti vəziyyəti daha da
gərginləşdirdi. Ecevit öz bəyanatında qeyd etmişdir ki, bu hadisələr İran diktaturası sistemi altında yaşayan
хalqdan gözlənilirdi.
Bu hadisələrlə əlaqədar İran mətbuatında çoхsaylı məqalələr dərc edilmişdir. Sağ görüşlü mətbuatda , o
cümlədən «Keyhan» qəzetində Türkiyənin təcavüzünü İranın daхilində gedən son hadisələrlə əlaqələndirib.
Məqalədə son hadisələrin Amerika və İsrail tərəfindən hazırlanması, eləcə də Türkiyənin İranın daхili işlərində
müdaхiləsi qeyd edilir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|