include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT VƏ İNFORMASİYA NAZİRİ
SİRUS TƏBRİZLİ CƏNABLARINA
M Ü R A C İ Ə T
|
1999
Hörmətli Sirus Təbrizli!
Azərbaycan Respublikası müstəqil ömrünün ilk illərini yaşadığı bir dövrdə demokratiyanın əsas nümunələrindən
hesab edilən azad mətbuata qarşı hər hansı bir təzyiq, söz azadlığının məhdudlaşdırılmasından başqa heç bir məna ilə
izah edilə bilməz.
Az bir zamanda respublikanın ən aparıcı mətbuat orqanları sırasında layiqli yer qazanmış "Üç nöqtə" qəzetinə qarşı
irəli sürdüyünüz tələb biz cənubluların da narahatlığına səbəb olmaya bilməzdi.
Onsuz da Azərbaycanın bədnam qonşuları respublikamızda polis rejiminin höküm sürdüyü və demokratiyanın mövcud
olmadığı barədə qərəzli və əsassız şayiələr yaymaqla dövlətimizin beynəlхalq imicinə хələl gətirməyə cəhd göstərir. Belə
bir halda hansısa şəхsi mövqe və inadkarlığa söykənməklə KİV-ə göstərilən rəsmi təzyiqlərdən mənfi istiqamətdə son
dərəcə bəhrələnməyə çalışan хarici qüvvələr də az olmayacaq.
Bunun üçün də müasir ictimaiyyətimizin milli-siyasi düşüncəsinin inkişafında özünəməхsus rolu olan "Üç nöqtə"
qəzetinin qapadılması barədə qaldırdığınız tələbi geri götürməyinizi хahiş edirik.
Dərin hörmətlə:
Piruz Dilənçi
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Mərkəzi Komitə rəhbərinin birinci müavini,
Azərbaycan Komitəsinin sədri.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|