DOKTOR ÇEHREQANİ EVİNƏ QAYITDI
20.12.1999

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqaninin cari ayın 16-sı Təbriz şəhər secgi komissiyasının mərkəzinə gedərkən, yolda Ettelaat məmurları tərəfindən həbs edildiyi və bir gün sonra zəmanətlə evinə buraxıldığı barədə məlumat vermişdik. 
Doktor Çehreqani evinə qayıdandan bir gün sonra, yəni Dekabrın 18-i saat 17-də Təbriz universitetində tələbələrinə dərs verdiyi zaman, tutulduğu gecə məruz qaldığı işgəncələr nəticəsində, infarkt kecirmişdir. O, dərhal Təbrizin İmam Xomeyni adına mərkəzi xəstəxanasına aparılaraq, ciddi tibbi nəzarət altında saxlanılmışdır. Bugün saat 13-də doktor xəstəxanadan evinə gətirilmiş və müalicəsini evdə davam etdirəcək. 
Olayla bağlı, bir neçə gündür ki, Təbriz əhalisi, o cümlədən də tələbələr müxtəlif vasitələrlə rejimiə qarşı etirazlarını bildirərək, haqlı liderlərini müdafiə edirlər.
Bu münasibətlə həmcinin cari ayın 18-i CAMAH səlahiyyətlisi Piruz Dilənçi BMT-nin baş katibi Kofi Annana və Beynəlxalq Əfv Təşkilatının İran və Azərbaycən üzrə baş sekratarına müraciət göndərmişdir. göndərilmiş müraciətlərlə əlaqədar, hər iki təşkilatın səlahiyyətli nümayəndələri məsələ ilə maraqlanacaqlarına söz vermişlər. 
Amerika və Avropadakı soydaşlarımız da bu münasibətlə bəyanatlar və müraciətlərlə çıxış edərək, etiraz səslərini insan hüquqlarını müdafiə edəen beynəlxalq təşkilatlara catdırmışlar.