DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN
6-cı QURULTAYININ KEÇİRİLMƏSİ MÜNASIBƏTİ İLƏ
CAMAH-ın TƏBRİKİ
2002

   Əziz həmvətənlər, hörmətli soydaşlar!

   Ölməz rəhbərimiz böyük Seyid Cəfər Pişəvəri tərəfindən binövrəsi qoyulmuş Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının dalğaları günü-gündən genişlənməkdə və vüsət almaqdadır.
Cənubi Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşımızın milli şüura yiyələnməsi prosesi ötən on ildə daha da surətlə inkişaf etməyə başlamışdır. CAMAH olaraq bu inkişaf prosesindəki ciddi rolumuzu böyük qürur hissləri ilə xatırlatmalı və haqlı mübarizəmizi sona qədər davam etdirəcəyimizi vəd etməyi yersiz bilməzdik.
CAMAH hazır dövrümüzün ilk mütəşəkkil təşkilatı olaraq Cənubi Azərbaycanın milli azadlığı uğrunda fars şovinizmi və muzdur Tehran rejimi ilə mübarizəyə başlamış, bu ideyanın təbliği istiqamətində fəaliyyət göstərmiş və göstərməkdədir. Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatı və bir çox xarici dövlətlərin məsul nümayəndələri ilə apardığımız davamlı və səmərəli danışıqlar və müzakirələrin də rolu az olmamışdır.
Bu gün Amerka Birləşmiş Ştatları Dövlət Departamentinin insan haqları barədə olan resmi raportlarında Cənub mövzusunun ardicil yer almasını da fəaliyyətlərimizin nəticəsinin bir hissəsi kimi qiymətləndirməyə bilmərik.
mövzusunun ardicil yer almasını da fəaliyyətlərimizin nəticəsinin bir hissəsi kimi qiymətləndirməyə bilmərik. Mütəşəkkil mübarizəyə başladığımız on ildən artıq bir dövrdə Cənubi Azərbaycanın milli azadlığı və Bütöv Azərbaycan ideyası prinsibləri əsasında neçə-neçə qurum, təşkilat və partiya müxtəlif zamanlar və məkanlarda öz varlığını elan etmişdir. Lakin təəssüflər olsun ki, onların böyük əksəriyyəti obyektiv və subyektiv səbəblərdən sıradan çıxmış və ya təşkilati varlığına son qoyulmuşdur.
CAMAH olaraq, -Cənubi Azərbaycana istiqlal, istiqlal və yalnız istiqlal şüarı ilə çıxış edərək gərgin mübarizə apardığımız bir zaman, yəni 6 il öncə, bu gün Dünya Azərbaycanlıları Konqresi adlandırdığımız qurum fəaliyyətə başlayaraq, İran adlanan dövlətin bayrağını başımız üzərində dalğalandırmaq istədi. Lakin bizimlə eyni əqidə və ideyaya sahib olan soydaşlarımızın ayıqlığı nəticəsində bu arzu və istək baş tutmadı. Beləliklə Dünya Azərbaycanlıları Konqresi Azərbaycanımızın şanlı və şərəfli bayrağı altında formalaşmağa başladı.
CAMAH Azərbaycan bayrağı altında, vahid, müstəqil və demokratik Azərbaycan uğrunda -şüarı ilə mübarizə aparan hər hansı bir qurum və təşkilatı kimliyindən asılı olmayaraq dəstəkləyir və onu öz silahdaşı hesab edir.
Bir daha Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının uğurla keçirilməsini təbrik edirik.

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH)
Mərkəzi Komitəsi, Təbriz