include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
DOKTOR ÇEHREQANİYƏ QARŞI KAMPANİYA
|
21.01.2000
Cənubi Azərbaycanın azadlığı uğrunda gedən mübarizənin meydanları genişləndikcə, Tehran rejimi və onun xaricdəki muzdurları bütün vasitələrə əl atmaqla, Doktor Çehreqaninin əleyhinə başladıqları kampaniyanı müxtəlif formalarda həyata keçirirlər.
Doktor Çehreqaninin ev dustağı olunmasını, ev telefonunun həmişəlik nəzarətdə saxlanılması və bir aydan artıq tamamiylə bağlanmasını, yaxın adamlarının həbsini, fizik məhvi üçün hazırlanmış planın ifşasını, müalicəsinə şərait yaradılmamaqla tədrici ölümə sürüklənməsini, baş vermiş hadisələrin KİV-də cılızlaşdırılmasını və son günlər onun əleyhinə başlanmış məhkəmə prosesində irəli sürülmüş gülünc ittihamları bu kampaniyanın tərkib hissələri kimi göstərmək olar.
Son günlər bəzi mətbuat səhifələrində dərc edilmiş qərəzli yazı müəlliflərinin də məqsədyönlü olaraq həmin kampaniyaya xidmət etdikləri məlum məsələdir. CAP və CAMAH sıralandan qovulmuş ünsürlərin qərəzli cəfəngiyyatlarının ardı kəsilmədən, Sovet DTK-sının «xadimi» Seyidağa Önullahinin məlum dairələr tərəfindən tapşırıq əsasında söylədikləri «Şərq» qəzetində dərc edildi.
Hətta kimlərinsə «Çehreqaniyə yardım» niyyətiylə vəsait topladıqları barədə məlumatlar da yayılmaqdadır. Doktor Çehreqani və onun Azərbaycandakı nümayəndəsi Piruz Dilənçi bu məlumatı qətiyyətlə təkzib edərək, belə bir təşəbbüsdə bulunanların onlarla heç bir bağlılığı olmadıqlarını bildirdilər. Onların dediyinə görə bu günə qədər Çehreqaniyə kimsənin tərəfindən bir qəpik belə yardım olunmayıb və bu iddiada olan şəxslər yalnız Çehreqaninin şəxsiyyətini ləkələmək niyyəti güdürlər.
Biz bütün bunları Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və onun lideri Doktor Mahmudəli Çehreqaniyə qarşı davam edən kampaniyanın tərkib hissələri kimi qiymətləndiririk.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|