«AZƏRBAYCAN İRAN SEPARATÇILARINI TƏHVİL VERƏCƏK»!
21.04.2000

İran-Azərbaycan arasında imzalanmış razılaşmaya əsasən iki ölkənin biri-birində həbsdə saxlanılan vətəndaşlarının ilk qrupunun Qurban bayramı günü Astara gömrükxanasında dəyişdirilməsi barədə məlumat vermişdik.
Ötən ay ıran diplomatlarının «mühacirlərin ırana təhvil verilməsi» barədə fikirləri də KİV-ə sızmış və hətta 11 nəfərin adı belə açıqlanmışdır. Onların içərisində bir neçə BAB və CAMAH funksiyonerinin də adı göstərilir.
Bütün bunları sakitlik və biganəliklə qarşılayan Bakı rəsmilərinin bu barədə heç bir təkzib verməmələri və ya təsdiq etməmələri də mövzunun nə dərəcədə ciddi olduğundan xəbər verməyə bilməz.
Artıq bir həftədir ki, ıran qəzetləri ölkə rəsmilərinə istinad edərək, Azərbaycanda məskunlaşmış siyasi mühacirlərin ırana qaytarılacağı barədə məlumatlar dərc edirlər. Həmin qəzetlərdən biri «Pəyame no» 15 aprel 2000-ci il tarixli nömrəsində birinci səhifənin baş yazısı olaraq «Azərbaycan ıran separatçılarını təhvil verəcək» başlıqlı məqalə dərc etmişdir. Yazıda bu barədə geniş məlumat verildikdən sonra bildirilmişdir: «ıran Xarici ışlər Nazirliyinin məsul nümayəndəsi müxbirimizlə söhbətində əldə edilmiş razılığa əsasən qanunsuz yollarla Azərbaycana qaçaraq orada ıranın əleyhinə fəaliyyət göstərən separatçıların yaxın günlərdə rəsmi Bakı tərəfindən ırana təhvil veriləcəyini qeyd etmişdir». 
Göründüyü kimi, artıq «siyasi al-verlər» baş tutmaq ərəfəsindədir. Lakin rəsmi Bakı bu barədə hər hansı bir açıqlama verməkdən imtina edir. 
Bu məsələ bütün cənubluların, xüsusiylə Bakıda yaşayanların ciddi nigarançılığına səbəb olmuşdur. Bu səbəbdən də onların böyük əksəriyyəti BMT-nin Bakıdakı nümayəndəliyinə müraciət edərək etirazlarını bildirmişlər.