21 DEKABR 1999-cu il TARİXDƏ İRANIN BAKIDAKI CASUSXANASI (SƏFİRLİYİ)
QARŞISINDA KEÇİRİLƏN PİKETİN
Q Ə T N A M Ə S İ
21.12.1999

Bildiyiniz kimi bugünkü İran adlanan ərazidə yaşayan əhalinin yarıdan çoxu Azərbaycan türküdür. Təxminən 30 milyondan artıq nüfusu olan bu millət, uzun illərdən bugünə qədər milli haqsızlıqlara məruz qalmışdır. Öz varlığını və milli hüququnu müdafiəyə qalxan millət nümayəndələri və ziyalıları isə həbsə alınmış, edam olunmuş və yaxud mühacirət etməyə məcbur olmuşdur.
Xüsusi ilə 1996-cı ildə Təbriz şəhərindən xalqın tələbi ilə öz namizədliyini irəli sürmüş Təbriz Universitetinin müəllimi, görkəmli alim Professor Doktor Mahmudəli Çehreqani, secicilərin səs coxluğu ilə İran Məclisinə seçildikdən sonra, totalitar rejim onun etibarnaməsini rədd edərək, hüquqlarını vəhşicəsinə taptaladı, özünü isə həbsə aldı. O, həbsdə qaldığı 6 ay müddətində orta əsirlərə aid işgəncələrə məruz qalaraq, sol gözünün görmə qabiliyyətinin 90%-i itirdi və həmin işgəncələr nəticəsində, artıq beyin sümüyünün sol tərəfində cürümə əmələ gəlmişdir. Bugünə qədər isə onun müalicəsi barədə hec bir tədbir görülməmişdir. Üstəlik, totalitar rejim Doktor Çehreqaninin yaşadığı evinin sənədini və onun şəxsi pasportunu əlindən almışdır. Düz 3 ildir ki, Çehreqanini ev dustağı ediblər. Onun görüşünə gələn tələbələri həbs edirlər və bütün hərəkətlərini nəzarət altında saxlayıblar.
Cari il Dekabr ayının 16-sı səhər saat 9.30-da Doktor Ç ;ehreqani secçkilərə namzədliyini qeydiyyatdan keçirmək üçün Təbriz şəhər mərkəzi seçki komisiyasına gedərkən, yolda 10 nəfərdən artıq Ettelaat məmurunun hücumuna məruz qalaraq, tutuqlanmış və Ettelaatın Təbriz mərkəzinə aparılmışdır. Həmin gecə ağır işgəncələr nəticəsində Doktor Çehreqani huşunu itirmiş, bir neçə saatdan sonra tibbi yardımlar nəticəsində nəhayət ki, ayıla bilmişdir. Həbsdə olarkən ona xarici və daxili mətbuata müsahibə verməmək barədə xəbərdarlıq ediblər. Doktorun fiziki şərayitinin ağırlaşdığını görən rejim, bir gün sonra, axşam saat 18-də zəmanətlə evinə buraxmağa məcbur olmuşdur. Bir gün sonra, yəni Dekabrın 18-i saat 17-də Təbriz universitetində tələbələrinə dərs verdiyi zaman, tutulduğu gecə məruz qaldığı işgəncələr nəticəsində beyin iflici kecirmişdir. O, dərhal Təbrizin Xomeyni adına xəstəxansına aparılaraq, ciddi tibbi nəzarət altında saxlanılmışdır. Dünən saat 13-də doktor evinə gətirilmiş və müalicəsini evdə davam etirməli olacaq. 
Əslində, totalitar molla rejimi, özünə xas taktikalardan istifadə edərək, seçkilərdə iştirak etmək istəyənlərin namizədliyinin qeydiyyata alınması ücün təyin edilmiş qanuni vaxt müddətində Doktoru həbsdə saxlamış və qanuni zamanın sona yetməsindən düz bir saat sonra, onu azad etmişdir. 
Bunlardan əlavə, cari ayın 11-dən Cənubi Azərbaycanda milli hərəkatın fəallarının kütləvi həbsi başlanmışdır. Bu müddət ərzində onlarla tələbə, ziyalı və siyasi xadim həbs edilmişdir. Həbs olanların içində Çehreqaninin müavinlərindən biri Qulamrza Əmani, Naxçıvan MR-nın vətəndaşı olan bir qadın və bir neçə CAMAH üzvü də vardır.
Biz piket iştirakcıları farspərəst molla rejiminin bu əməllərinə etiraz edərək aşağıdakı tələblərimizi irəli sürürük:
1. Təbrizdə həbs edilmiş Azərbaycanlılar heç bir qeyd-şərtsiz azad edilsin.
2. Doktor Mahmudəli Çehreqaninin secgi hüquqları təmin və bərpa edilsin.
3. Doktor Çehreqaninin daxildə və ya xaricdə müalicə olunmasına icazə verilsin.
4. Təbrizdə Azərbaycan Respublikasının baş konsulluğu açılsın.

CƏNUBİ AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATI