Vaşinqtonda 21 Azər hərəkatının ildönümü
11.12.2004

21 Azər hərəkatının 59-cu ildönumu münasibəti ilə Amerikanın Vaşinqton şəhərində xatirə gecəsi keçirilmişdir . Mərasimdə Vaşinqton və Amerikanın digər ştatlarından əlavə, Avropa və Avstraliyadan gələn soydaşlarimiz və başqa dost xalqların nümayəndələri də iştirak edirdilər.
İsveçdən toplantiya qatılan məruzəçi Eldar Qaradağlı oz çıxışında 21 Azər hərəkatı və Azərbaycan demokrat firqəsinin başçılığı ilə yaranan milli hökumətimiz barədə ətraflı məlumatlardan əlavə bu gunə qədər nəşr olunmamış yeni sənədlər və faktlar təqdim etdi.
Mərasimin rəsmi hissəsində digər şəxsiyətlər o cümlədən GAMOH sədri Doktor Mahmudəli Çehriqani, Azərbaycan Milli Cəbhasinin sədri Doktor Əlirza Nəzmi Əfşar, DAK-ın Amerika təmsilçisi Rəhim Şəhbazi, CAMAH təmsilçisi Doktor Sevda Kəmali və Ərəb Xalq kongrəsinin numayəndəsi cənab Kərim Əbdiyan nitq söylədilər. Vaxtı ilə Azərbaycan milli hökumətinin əsgəri olmuş cənab Qəffarinin söylədiyi xatirələri iştirakçıların ürəyincə oldu və məclisə xoş təəssürat bəxş etdi. Rəsmi çıxışlardan sonra söz musiqiçilərimizə verildi və Bəhmən bəy (qarmon), Atilla bəy (tar), Kamal bəy (sentizator) canli musiqi ilə iştirakçılara xoş övqat bəxş etdilər. Mərasimin sonunda iştirakçıların təkliflərinə əsasən Vaşinqtondakı Azərbaycan dərnəyinin yeniden bərpa olunmasına dayir qərar verildi.

PS: Vaşinqtonda yaşayan soydaşlarımızın diqqətinə
Cari il dekabr ayının 26-da Azərbaycan Dərnəyinin gələcək fəaliyəti müzakirə və idarə heyəti seçiləcəkdir. Müzakirədə iştirk etmək istəyən soydaşlarımızdan 001-703-609-3089 telefon nömrəsi ilə elaqə saxlamaları xahiş olunur.

Həmid Arazlı