RZA XATƏMİNİN MÜSAHİBƏSİ
22.07.1999

İran prezidentinin qardaşı Rza Xatəmi «Azad Avropa» radiosuna İranda baş vermiş hadisələrlə bağlı müsahibə verib. Söhbət zamanı o, bildirib ki, «mühafizəkar qüvvələr olaylara səbəb olub. Onlar «Salam» qəzetini bağlamaqla heç bir şey əldə edə bilmiyəcəklər. Ənsare Hezbullah ölkədə yalnız qalmaqal yaradır. Üzümüzə gələn parlament seçkilərinə indidən təхribat хarakterli planlar hazırlayırlar»!