İRAN YAZIÇILARI MÜKAFATLANDIRILIR
22.07.1999

İnsan Hüquqlarının Müdafiə Komitəsi 5 nəfər iranlı yazıçıya mükafat verməyi qərara alıb. Yazıçıların adları aşağıdakılardır:
1. Həmidrza Cəlayipur- «Cameə» və «Tus» qəzetlərinin baş redaktoru. (ötən il H.Cəlalipur İran rejimi tərəfindən 4 ay həbsхanada saхlanılmışdır).
2. Seyid İbrahim Nəbəvi - yazıçı, tənqidçi (S.İ.Nəbavi 1 ay həbsхanada saхlanılmışdır).
3. Hüccətülislam Seyidzadə- yazıçı (1998-ci ildə 4 ay həbsdə qalarkən, ruhani paltarından soyundurulub. O qadınların ictimai və hüquqi azadlığına dair əsərin müəllifidir).
4. Maşallah Şəmsolvaizi- yazıçı, jurnalist (1 ay həbsхanada saхlanılmışdır).
5. Əkbər Gənci - «Rahe-no» («Yeni yol») jurnalının baş redaktoru ( 4 ay həbsdə olmuşdur).
Həmin mükafat siyasi düşüncəsinə görə həbs edilən və ya təzyiqlərə məruz qalan qələm sahiblərinə verilir.