include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
PİRUZ DİLƏNÇİNİN EVİNƏ SİLAHLI BASQIN ETDİLƏR
|
22.08.2001
Bu gün səhər (gecə yarısı) saat 3
rədələrində CAMAH Bakı Komitəsinin sədri Piruz Dilənçinin Bakı şəhəri Qulam
Yəhya Küçəsi No: 50-də yerləşən mənzilinə silahlı basqın edildi.
Əvvəlcə
mənzilin qapısını, sonra da Piruz Dilənçini güllə atəşinə tutan naməlum şəxslər,
dərhal hadisə yerindən uzaqlaşdılar.
Hadisə yerinə ilk öncə əhali, daha sonra
təcili tibbi xidməti işçiləri, polis qrupu, təhlükəsizlik nazirliyinin
əməkdaşları və prokurorluğun rəhbər nümayəndələri gəldilər.
Bütün araşdırmalar
və axtarışların operativ aparılmasına baxmayaraq, təəssüflə terroristlər
yaxalanmadılar. Güllə atəşi açan əsas şəxsin foto robotu Bakı Şəhər Baş Polis
İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanaraq,
barəsində axtarış elan
olundu. Hadisə ilə bağlı (ölümə qəsd) faktı əsasında Xətai Rayon
Prokurorluğunda cinayət işi qaldırılmış və istintaq aparılır. Bu, son on ildə
İran terroristləri tərəfindən Piruz Dilənçiyə qarşı edilmiş
birincisi sui-qəsd
deyil idi. Buna bənzər hadisələr bu günə qədər bir neçə dəfə təkrarlanmışdır.
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|