include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
DOKTOR ÇEHREQANİNİN YAXIN ADAMLARI HƏBS EDİLDİ
|
22.10.1999
CAMAH-ın Təbriz komitəsindən aldığımız məlumata əsasən, rejim Doktor Mahmudəli Çehreqaninin əleyhinə yeni hücum kampaniyasına başlamışdır. İranın məclis secgilərinə yaxınlaşdıqca, yerli mətbuat orqanları planlaşdırılmış və məqsədyönlü şəkildə hər gün, ardıcıl olaraq Doktor Çehreqaninin əleyhinə yazılar dərc edirlər.
Eyni zamanda, Doktor Çehreqani hərəkatının əsas şəxslərindən 6 nəfərinin də Ettelaat tərəfindən həbs edildiyi bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün doktorla əlaqə saxladıq. O, xəbəri təsdiqləyərkən, bunları söylədi: «Başda Mühəndis Qulamrza Əmani olmaqla hərəkatımızın əsas fiqurlarından altı nəfiri Ettelaat tərəfindən həbs edilib. Onlardan iltizamlar alındıqdan sonra, hamısını azadlığa buraxıblar. İltizamların məzmunu budur ki, mənimlə əlaqə saxlamasınlar, evimə gəlməsinlər, və bir sözlə hərəkatdan uzaqlaşsınlar! Son günlər dövlətə bağlı olan qəzetlərdə də mənim əleyhimə kampaniya başlayib. Belə hesab edirəm ki, bunlar hamısı məlum mərkəzdən idarə olunur və niyyətləri seçkiqabağı mənim ətrafımı boşaltmaq, bununla da mən təkləməkdir. Çünki, artıq mənim evimə get-gəl edənlərin hamısını Ettelaat incitməy və hədə-qorxu gəlməyə başlayıb».
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|