«YENİ AZƏRBAYCAN» QƏZETİNİN SUALLARINA
PİRUZ DİLƏNÇİNİN CAVABLARI

23.04.2000



SUAL:
-Cənubi Azərbaycanın azadlığı prosesini necə düşünürsünüz?


CAVAB:
-Təbiidir ki, belə əhəmiyyətli bir məsələ öz adi axarı ilə həll edilə bilməz. Lakin bu, o demək deyil ki «ura!» -deyə, xalq qırğına çıxmalıdır! Ən əhəmiyyətli və ilk öncə görüləsi iş Cənubi Azərbaycan xalqının milli şüur və milli düşüncəsinin inkişafı uğrunda maarifçilik işləri aparılmalıdır. Bu əməli yerinə yetirmək isə həmin sahədə fəaliyyət göstərən qurum və təşkilatların işi olmalıdır. Azərbaycan və Türkiyə dövlətlərinin, xüsusiylə birincinin qeyd şərtsiz və mənəvi borcu isə onlara hər tərəfli dəstək verməkdən ibarətdir. Eyni zamanda Cənubi Azərbaycandakı qurumlar təşkilatlanmalı və hazırlıqlı vəziyyatə gətirilməlidirlər. Məlum məsələlərdən biri də qütbləşmiş dövlətlərin, xüsusiylə ABş-ın regiyondakı mövcud maraqları və mənafeyini indiki coğrafi tərkibdən yayındırmaqdan ibarətdir. Yəni onlarla taktiki, və milli mənafeyimizə zidd olmayacaq həddə qədər strateji dostluq etmək! BMT-nin müvafiq qanun və qaydalarına istinad etməklə onların özünü də bu hərəkətin sürətlənməsinə yardımçı olmağa cəlb etmək zəruri addımlardan biridir. «ınsan haqlarının tapdalanması heç bir dövlətin daxili işi ola bilməz» şüarı və prinsibini rəhbər tutaraq, həmin kənar qüvvələr ırandakı milli haqsızlıqlara müdaxilə edə bilərlər.

SUAL: 
-Bəs sonda?...


CAVAB:
-Burada bir neçə variyant var. Mən cənubda doğulub və yaşadığım üçün oradakı soydaşlarımızın demək olar ki, bütün düşüncəsi ilə tanışam. Statistik danışıqlarımızda əgər 30 milyonluq cənubludan söz açırıqsa, bu istiqamətdə hələlik onların təxminən 10 faizi belə məsələyə bizim kimi baxmır. Uzun müddət farslaşdırma istiqamətində yürüdülmüş assimlasiya siyasəti, ana dilində heç bir məktəbin və rəsmi KıV-lərin olmaması, mərkəzi şəhərlərdə azərbaycanlı balalarımızın təhqir edilməsi və sairə səbəblərdən oradakı soydaşlarımızın böyük əksəriyyəti ümumiyyətlə milli mənsubiyyəti barədə məlumatsızdır. Əlbəttə, dini və məzhəbi etiqadlar da korbeyinliyə bais olan əsas amillərdən biridir. Çünki, islam dinində guya millətçiliyə deyil, ümmətçiliyə üstünlük verilir. Hər halda, mənim fikrimcə tarixdəki uğursuzluqlarımızı təcrübə edərək, yeni bir uğursuzluğa uğramamaq üçün, ehtiyatlı düşünməliyik. Yəni addım-addım! Əvvəlcə milli maarifçilik, sonra hərəkət! Bunun birinci pilləsi mədəni muxtariyyət də ola bilər. Yəni mədəni muxtariyyət həyata keçirildiyi təqdirdə, müəyyən bir dövr ərzində əhaliyə milli şüur verərək onların razılığı ilə müstəqillik və yaxud vahi Azərbaycan məsələsinin reallaşmasına nail olmaq. Seyid Cəfər Pişəvəri dövlətinin təcrübəsindən də mütləq faydalanmalıyıq.

SUAL:
-Cənubi Azərbaycan əhalisi nə düşünür?


CAVAB:
-Təşkilat olaraq bu barədə Cənubi Azərbaycanın və ıranın müxtəlif şəhərlərində əhali arasında sorğu keçirmişik. Coğrafi məkanlara uyğun şəraitdən asılı olaraq arzular da fərqlidir. Məsələn Tehranda təxminən 7 milyon Azərbaycan türkü yaşayır. Onların 90 faizi milli təəssübə malik olsalar da, yalnız 5 faizi milli haqsızlıqlara məruz qaldıqlarını dərk edir. Bu 5 faiz də həmin 90 faizin içərisindədir və yerdə qalan 10 faiz heç ümumiyyətlə hansı millətə mənsub olduğunun fərqində deyil. Təbriz şəhəri tamami ilə fərqli bir durumdadır. Əhalinin hamısı milli mənsubiyyətini bilir. 50 faizi mədəni muxtariyyət, 10 faizi isə müstəqillik arzusundadır. Yerdə qalan 40 faiz isə hər hansı bir təqdir və zamanda yaranmış və ya yaranacaq ictimai-siyasi durumun mahiyyətindən asılı olmayaraq «rəngini» dəyişib mühitə uyğunlaşa biləcək qədər maraqsız əhalidir. şimali Azərbaycanla sərhəd rayonlara gəldikdə yerdən-göyə qədər fərq duymaq olur. Onlar ömür boyu Bakıdan yayımlanan radio və televiziya proqramlarından bəhrələndikləri üçün nəinki milli düşüncəyə malikdirlər, hətta kütləvi halda müstəqqilik və vahid Azərbaycan barədə də düşünürlər. Bu inanılmaz dərəcədə inkişaf etmişdir. Yəni həmin rayonlarda əhalinin 80 faizi belə düşünür.

SUAL:
-Son vaxtlar Tehranda baş vermiş tələbə hərəkatı ilə Təbriz tələbə hərəkatı arasında eyniliklər və ya fərqlər nədən ibarətdir?


CAVAB
-İran adlanan məkanda haqlı mübarizəsinə görə «separatçılıqda» ittihamlandırılan bir təşkilatın rəhbər nümayəndələrindən biri olaraq, nöbəti sualı, təhlükəsizlik baxımından konkret deyil, ümumi cavablandırmaq istərdim. Tehrandakı etiraz aksiyaları Təbrizdə baş verənlərdən fərqlidir. Tehranda tələbə hərəkatı ictimai, siyasi və sosiyal zəminlərdə inkişaf edir. Təbiidir ki bu məsələdə marağı olan xarici dövlətlərin də rolu az deyil. Tehran rejimini qeyd-şərtsiz düşmənimiz hesab etdiyimiz üçün zəiflənməsinə amil ola biləcək hər bir vasitədən istifadə etməyi zəruri bilirik. Buna görə də onun əleyhinə olan hər hansı bir addımı və hərəkəti birbaşa olmasa da, dolayısı ilə dəstəkləyir, ziyan görməyəcəyimiz həddə qədər hətta iştirak da edirik. Ötən il Tehran olaylarında da belə etdik. Təbrizdə isə durum fərqlidir. Orada 90-cı ildən sonra pərakəndə şəkildə inkişaf edən milli proses, 96-cı ildən qruplaşmış, 99-cu ildən isə təşkilatlanmağa başlanmışdır. Həmin təşkilatlanma ibtidayi formalaşma prosesini keçmiş, artıq irəliləməkdədir. Bir sözlə demək olar ki, artıq Təbrizdə aksiyaları idarə edən qüvvə mövcuddur. Orada baş verən hər hansı bir etiraz aksiyası yalnız milli zəmində həyata keçirilir.

SUAL:
-Mahmudəli Çehreqani kimdir?
 

CAVAB:
-Cənubi Azərbaycan tarixi 3 dəfə milli azadlıq uğrunda baş vermiş hərəkatın şahidi olmuşdur. Mən 96-cı ildən etibarən başlanmış dalğaları Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının 4-cü və yaxud Çöhrəqanlı dövrü hesab edirəm. Doktor Mahmudəli Çöhrəqanlı rəhbərliyə layiq olacaq qədər şərəfli, namuslu və Azərbaycanı sevən bir fədaidir. Apardığı mübarizəyə görə ona baş əyirəm. Yalnız Təbrizdə deyil, Cənubi Azərbaycanın bütün şəhərlərində onun fədailəri, hamiləri və tərəfdarları var.

SUAL:
-İranda islahatçıların hakimiyyətə gəlməsi nəticəsində verilmiş azadlıq, Cənubi Azərbaycandakı hərəkatı və ya Bütöv Azərbaycan ideyasını arxa plana keçirə bilər mi?
 

CAVAB
-Bütöv Azərbaycan ideyası arxa plana keçə bilməz. Sadəcə bir az gecikə bilər. O ki qaldı ıranda rejimin dəyişilməsi təqdirdə Azərbaycan Türklərinin milli hüquqlarının tanınması və bərpa edilməsinə, bu qətiyyətlə baş verə bilməz bir versiyadır. ıranda rejim dəyişilə bilər. Rejimin dəyişilməsi nəticəsində yaranacaq keçid dövründəki təbii anarxiyanı «azadlıq» mənasında düşünənlər də ola bilər. Bununla da cənubda günü-gündən inkişaf etməkdə olan milli hərəkatın yalnız sürəti azala bilər. Təhlilimizə görə Cənubi Azərbaycanda kütləvi hazırlıq olmadığından bugün ıran rejimi dəyişilərsə, biz lazımi istifadəni edə bilmərik. Bunun üçün də ıranda aparılan hər hansı bir islahatın cənublulara müvəqqəti olsa da belə, ictimai, iqtisadi və siyasi xeyr verə bilər lakin onların milli problemləri olduğu kimi yerində qalar. Fars şovinizmi Cənubi Azərbaycan türklərinin milli hüquqlarının bərpasından qorxmur, onun gələcəyindən qorxur!

SUAL:
-Siz millətçisinizmi?


CAVAB:
-İranda yaşadığım zaman, kommunizmə inanmışam. Ən radikal sol partiyaların birində fəaliyyət göstərdiyimə görə dəfələrlə həbs edilmişəm. Tuttduğum yolda istədiyimi görə bilmədiym üçün sonralar milli zəmində ədəbi-siyasi fəaliyyətə keçmişəm. Tehranda anadan olub, orada yaşamışam. Ata-anam fars dilini yaxşı danışa bilməyən azərbaycanlı ailədən olduqlarından biz də fars dilini Azərbaycan ləhcəsi ilə danışmışıq. Buna görə də 6-7 yaşımdan küçədə və məktəbdə «torke xər» (eşşək türk) -deyə təhqir edilmişəm. Dilimə, millətimə və vətənimə olan bugünkü sevginin toxumları da elə o zamanlardan ürəyimə səpilib. Bu, eyni zamanda müqabil tərəfə qarşı iyrənc bir nifrətin yaradılmasına bais olub. şəxsi namusumu milli namusuma qurban verə biləcək qədər millətimi sevirəm. Buna millətçi deylə bilərsə, mən qatı millətçiyəm!

SUAL:
-Azərbaycan dövlətindən nə umursunuz?


CAVAB
-Bugün bizi düşündürən və narahat edən ən əhəmiyyətli məsələ elə məhz budur. şimali Azərbaycan bizə hər tərəfli yardım edə bilər. Və etməlidir də. Lakin hələ heç bir şey etməyib. Bu, onun mənəvi, milli və soydaşlıq borcudur. Üstəlik Cənubi Azərbaycan azad olmayana qədər, şimali Azərbaycanın öz varlığı, ərazi bütövlüyü və dövlətçiliyi də ıran rejimi tərəfindən hər an sual altına sürülənmək təhlükəsi qarşısındadır. Güman edirəm bunun təhlilinə ehtiyac yoxdur. ıran Azərbaycandan qorxur. Azərbaycan isə ırandan çəkinir! Mənə elə gəlir bunun üçün də Azərbaycan dövlətinin ıranla olan mövcud münasibətləri bugün «dəymə mənə, dəymərəm sənə» prinsibləri üzərində qurulmuşdur! Yəqin bunun da izahına ehtiyac duyulmur. Bəli, şimal cənuba yardım etməlidir. Amma beynəlxalq normaları pozmamaq şərti ilə! şimali Azərbaycanın dövlətçiliyi, Cənubi Azərbaycan istiqlaliyyətinin zaminidir deyə, ilk öncə Bakını qorumalıyıq. Bakıdan olan umacağımız buradakı dövlətçiliyimizi təhlükə ilə üzləşdirməyəcək qədər ehtiyatlı olmalıdır. Bakı Təbriz üçün nə edə bilər? 1.Radio və televiziya verilişlərində cənub mövzusuna xüsusi yer ayırmaq, 2.dolayısı ilə, məsələn müxalif partiyaların əli ilə cənub məsələsinə hər tərəfli müdaxilə etmək, 3.Respublikanın ali təhsil ocaqlarında təhsil almaq niyyətiylə hər il 40-50 nəfər cənublu tələbni dövlət hesabına oxutmaqla gələcəyə kadr hazırlamaq, 4.beynəlxalq təşkilatlarda cənub məsələsini ortaya çıxarmaq, 5. «Azərbaycan demokratik ölkədir» prinsibinə əsaslanaraq Bakıdakı cənubluların fəaliyyətinə imkan və şərait yaratmaq, 6.Təcili Təbrizdə Azərbaycan konsulluğunun açılışına nail olmaq və orada milli tarix və ədəbiyyətımızın təbliği naminə müxtəlif tədbirlər keçirmək, və açıqlanması məsləhət görünməyən bir sıra başqa məsələlər... 

SUAL:
-Cənubi Azərbaycanın istiqlalı və ya Bütöv Azərbaycanın yaradılması hansı şərtlərdən asılıdır?


CAVAB:
-Yuxarıda dediyimiz kimi, dünyanın bu günkü qlobal və mürəkkəb bir dövründə, bu yalnız millətin iradəsindən asılı deyil. Beynəlxalq təşkilatların, qütbləşmiş dövlətlərin və şimali Azərbaycanın tutacağı mövqe və aparacağı siyasətin də əvəzsiz rolu ola bilər. şimali Azərbaycan da öz rolunu ifa etməyə qadir olacaq qüvvə və şəraitə malk olmaladır. Məsələn Qarabağ probleminin həlli, Bakı-Ceyhan kəmərinin reallaşması, NATO quvvələrinin Azərbaycanda yerləşdirilməs, iqtisadi gərginliyin aradan qaldırılması və s. Hər halda Bütöv Azərbaycan ideyasının gerçəklənməsi zamanı get-gedə yaxınlışır. Bu, həm də zamanın tələbidir: SSRı-nin parçalanması, Almaniyanın birləşməsi və s.

SUAL:
-Bütöv Azərbaycanın dövlət atributları, dili, dilinin adı və paytaxtı necə təyin olmalıdır?


CAVAB:
-Bu, elə əhəmiyyətli bir mövzudur ki, onu yalnız xalqın, özü də otaylı-butaylı xalqımızın iradəsi ilə təyin etmək olar. Mən sadəcə arzularımı deyə bilərəm. Məncə Vahid Azərbaycanın dövlət atributları belə bir dövlətin yaranmasından sonra, onun xalq tərəfindən seçilmiş Milli Məclisində təyin edilə bilər. Paytaxt məsələsinə gəldikdə, strateji dəyər və əhəmiyyətinə görə Bakını seçmək olarsa, qədim tarixi və coğrafi şəraitinə görə Təbrizi seçmək də pis olmaz. Bu gün Cənubi Azərbaycanda olduğu kimi, iki paytaxt də qəbul etmək olar. Bayraq və gerbimiz isə vahid olmalıdır. O ki qaldı dilimizin adına, bu hər kəsə məlumdur. Biz türkük. Azərbaycan türkü! Bu gün şimali Azərbaycanda rəsmi dövlət dilimizin adı Azərbaycan dili kimi qəbul edilibsə, sadəcə respublikada yaşayan etnik xalqarın milli-siyasi maraqları nəzərdə tutularaq tatiki bir addım atılıb. Dilimizin Azərbaycan türkcəsi olduğu danılmaz bir həqiqətdir.

SUAL:
-İkiyə bölünmüş xalqımız necə? Azərbaycan birləşərsə, onların biri-birinə alışıb-öyrənmək prosesi necə olacaq? 

CAVAB:
-Yuxarıda barəsində söz açdığımız mözuların başqa bir formada təkrarıdır. Yadıma gəlir ki, son zamanlar Amerikanın Bakıdakı səfirliyində ABş Dövlət Departamentinin regiyon üzrə məsul məsləhətçisi Con Parkerlə keçirdiyimiz görüşdə, onları maraqlandıran əsas mözulardan biri də bu idi. Baxın otaylı-butaylı xalqın kökü, tarixi, dili və dini eynidir. Burada olan fərq yalnız müasir mədəniyyət və düşüncə tərzləridir. Yəni əgər otayda xalqa fanat islamçılıq dərsləri keçiblərsə, tam tərsinə butayda da 70 il allahsızlıq dərsləri keçiblər. Gülünc bir misal: Təsəvvür edin ki, butayda kütlə tərəfindən sevilən müğənnilərimizdən biri, məsələn Aygün xanım Kazımova gedib Ərdəbilin geridə saxlanılmış kəndlərində konsert versin! Və yaxud Təbrizin baş mollası gəlib konservaturiyaya getsin! Görün nələr baş verə bilər?! Halbuki, burada heç bir qəbahət yoxdur. Fərq ayrı yaşanmış 190 ildə araya gələn düşüncə və yaşayış tərzlərindən doğulur. Bu da zamanın gedişi ilə həllini tapmalıdır. Necə ki tapmaqdadır. Yəni, artıq SSRı-nin dağılması ilə Azərbaycanın qapıları dünyanın üzünə açılıb və get-gəllər kökü eyni olan xalqımızı həm biri-biri ilə, həm də dünya ilə tanış etməkdədir. Elə ıranın özündə də savadsızlıq və mohumatçılıq problemləri aradan getməkdədir. Beynəlxalq tədqiqat və araşdırma mərkəzlərinin də statistik məlumatı bunu göstərir. Bir sözlə deyə bilərəm ki, xalq birləşəndən sonra, hər şey öz həllini tapmalı və öz təbii axarına düşməlidir.

SUAL:
-Cənubi Azərbaycan azadlığa qovuşandan sonra, siz Bakıda fəaliyyət göstərən partiyalardan hansına üzv olmağa üstünlük verərdiniz?
 

CAVAB:
-Açığı, mən heç vaxt bu barədə düşünməmişəm. Əslində buna ehtiyac da yoxdur. Xalqın taleyindən söhbət gedirsə, kimin hansı partiyada təmsil olunacağının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bütöv olandan sonra, elə partiyalar da bütöləşməlidir. Arazın otay-butayında yaşayan millətimizin mənafeyini düşünməlidir. Əslində indi də belədir. Baxın! Doktor Çehreqanı otayda həbs edilir, AXCP, Müsavat və sair partiyalar buradan onu müdafiə edirlər. Deməli onsuz da hamımız eyniyik.

SUAL:
-Sizi bu yola sövq edən cəhətlər nədir?


CAVAB:
-Elm və məntiq də bunu göstərir ki, heç bir şey yarımçıq ola bilməz. Təsəvvür edin başsız bir bədəni! Necə olar? Və ya texniki məsələlərdə. Telefon xətti çəkilsin, amma telefon aparatı olmasın! Bunlar biri-birini tkmilləşdirən şeylərdir. Özü də labüd və zəruri! Biz də belə olmuşuq. Qardaşın biri otayda, biri isə butayda. Axı dünyanın harasında belə bir zülm və haqsızlıq var? Biz qeyri adi nə istəyirik? Culfanın, Astaranın yarısı şimalda, yarısı da cənubda. Bundan böyük dəhşət nə ola bilər? Sualınıza gəldikdə isə, məni bu yola sövq edən cəhətlər çoxdur. Yuxarıda göstərdiyim elmi, məntiqi və hüquqi səbəblərdən başqa, bunun hissiyyatlı və emusiyonal tərəfləri də var. Mən, Tehranda farsların mərkəzində azərbaycanlı ailədə anadan olmuşam. Uşaqlıqdan təhqirlərə məruz qalmışam. Ustad şəhriyarın «Heydərbaba»-sını dinləmişəm. Gecələr anamın anasını Ərdəbildən Yardımlı dağlarına ağlaya-ağlaya baxarkən görmüşəm. Ürəyim ağrıyıb. Bütün bunlar məni dəhşətə gətirib. Düşünmüşəm ki, axı bizim də dilimiz və farslarsız vətənimiz olmalıdır. 

SUAL:
-CAMAH-dan başqa, CAP və Dünya Azərbaycanlılırının Haqlarını Müdafiə Komitəsi də bu məqsədlə fəaliyyət göstərir. Sizin onlarla əməkdaşlığınız var mı?


CAVAB:
-Bakıda bu mövzu ilə məşqul olan daha əhəmiyyətli bir qurum da var: Bütöv Azərbaycan Birliyi (BAB). Siz adını çəkdiyiniz qurumlara gəldikdə, CAP-ı yaradan 4 nəfərdən bir də mən olmuşam. Təəssüf ki, yalnız onun adını yarada bildik. CAP-ın hələlik heç bir həqiqi və hüquqi varlığı yoxdur. Bunun üçün də təəssüflənirəm. O biri komitə isə eşitdiyimə görə geniş fəaliyyət göstərir. Bu təqdirə layiqdir. Lakin onların fəaliyyəti bizimlə fərqlidir. Onlar Cənubi Azərbaycandakı mədəni haqlarımızın uğrunda fəaliyyət göstərirlər. Biz isə belə deyilik. Otaydakı siyasətçilərimizin dediyinə görə CAMAH-ı başqa təşkilatlardan fərqləndirən, bizim radikal mövqeyimizdir. Son amalımız Cənubi Azərbaycanın tam müstəqilliyi və Bütöv Azərbaycanın yaradılmasıdır. Sözümüzü açıq dediyimiz kimi, mübarizəmizi də açıq aparırıq. Bunun üçün də bugün Cənubi Azərbaycanın siyasi həbsxanalarında onlarla məhbusu olan yeganə istiqlalçı təşkilat CAMAH-dır. Başqa qurumlarla əlaqəyə gəldikdə isə, nizamnaməmizdə də göstərilir ki, niyyəti bizimlə üst-üstə düşən hər hansı bir təşkilatla əməkdaşlıq etməyə hazırıq!

SUAL:
-Təşkilatınız, təşkilatdakı vəzifəniz və təşkilatınızın sosiyal bazası barədə məlumat verməyinizi xahiş edirik.


CAVAB:
-CAMAH 1991-ci ildən qeyri-mütəşəkkil formada fəaliyyətə başlamışdır. 16 may 1994-cü il tarixdə ikinci qurultayını keçirərək, məramnamə və nizamnaməsini qəbul etmişdir. CAMAH-ın ən ali məqsədi vahid müstəqi və demokratik Azərbaycan dövlətinin yaradılmasına nail olmaqdır. Nizamnamədə göstərilən öhdəlikləri qəbul edən hər bir türk CAMAH-a üzv seçilə bilər. Təşkilatın sosiyal bazası haqda dəqiq məlumata gəldikdə, cənubdakı qüvvələrimizin təhlükəsizliyini nəzərə alaraq, yalnız bunu deyə bilərəm ki, CAMAH-ın Cənubi Azərbaycan ərazisi və ıranın başqa şəhərlərində hal hazırda 21 komitəsi fəaliyyət göstərir. Ən az kadr qüvvəsi olan komitəsinin 15, ən çox kadr qüvvəsi olan komitəsinin isə 500 nəfərdən artıq üzvü var. Sürətli şəkildə inkişaf etməkdə və genişlənməkdədir. Əvvəlcədən planlaşdırdığı etiraz aksiyalarında (Təbrizdə) orta hesabla 7000 nəfər iştirakçısı olan mitinqləri təşkil etməyə qadirdir. CAMAH-ın ilk qurultayında mən mərkəzi komitənin rəhbəri seçilmişdim. ıkinci qurultayda da bu şərəfli vəzifə mənə tapşırılmışdı. Lakin 1999-cu ilin sonlarında MK üzvləri və Siyasi şuranın səs çoxluğu ilə rəhbərlik vəzifəsi Doktor Mahmudəli Çehreqaniyə həvalə edildi. Mən isə onun birinci müavini və həmçinin Bakı komitəsinin sədri təyin edildim. CAMAH-ın ıran, Cənubi və şimali Azərbaycandan başqa, Amerika, Almaniya, ısveç və Türkiyə kimi ölkələrdə də təmsilçi və nümayəndəlikləri