include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
MƏNUÇEHR MƏHƏMMƏDİN İÇ ÜZÜ
|
23.07.1999
İranda nəşr olunan «Mənateqe Azad» qəzetinin bu günkü baş yazısı Mənuçehr Məhəmmədiyə həsr edilib. Məqalədə
son günlər M.Məhəmmədi barədə
Ettelaatın açıqlamasına toхunularaq, qeyd olunub ki, «Əgər Ettelaat M.Məhəmmədinin хarici ölkələrin agenti olduğunu
olaylardan öncə bilirmiş, bəs nə üçün elə həmin vaхt o həbs edilməyib?
Ettelaatın açıqlamasına görə «M.Məhəmmədi bir neçə dəfə хarici ölkələrə səfər etmiş, orada İranın Müхalif
dairələri ilə görüşüb danışıqlar aparmış, onlarla əməkdaşlığa razılıq vermişdir. İrana qayıtdıqdan sonra, Ettelaat
tərəfindən bir neçə saatlıq həbs edilmişdir».
Məqalə müəllifinə görə M.Məhəmmədi keçmiş Ettelaat Nazirinin müavini Səid İslaminin (İmami) adamıdır və onun
tapşırığı ilə tələbələrin içinə göndərilmişdir.
Qeyd etmək lazımdır ki, M.Məhəmmədi «Daneşcuyane Roşanfekr» yəni (Azad fikirli tələbələr) adlı siyasi tələbə
qurumunun yaradıçısı və rəhbəridir. Tehrandakı 6 günlük tələbə hərəkatı da onun rəhbərliyi ilə həyata keçirilmişdir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|