include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
TƏBRİZLİ MƏHBUSLARIN ACLIQ AKSİYASI DAVAM EDİR
|
24.01.2000
Təbrizin Bağe-Şomal məhəlləsində yerləşən Ettelaat təcridxanasında saxlanılan onlarla siyasi məhbusun 21 nəfərinin cari ayın 18-dən aclıq aksiyalarına başlamaları barədə məlumat vermişdik.
CAMAH-ın Təbriz komitəsindən aldığımız xəbərdə deyilir ki, aksiya barədə məlumat yayımlandıqdan dərhal sonra məmurların məhbuslara qarşı rəftarı daha da ciddiləşmiş və nəticədə dünən səhərdən etibarən həmin 21 nəfərin haqqında ümumi həbs şəraitindən daha da ağır şərait tətbiq edilərək, onlar infiradi (bir nəfərlik) kameralara köçürülmüşlər.
Müşahidəçilərin fikrincə bu xəbərin Ettelaatdan kənara sızması təcridxana məsullarını belə bir addım atmağa məcbur etmişdir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|