ƏRDƏBİLDƏ QARŞIDURMA
24.01.2000

CAMAH-ın Ərdəbil komitəsindən aldığımız məlumata görə Çehreqani hərəkatının bu şəhərdə də genişlənməsi, Ərdəbil Ettelaatını ciddi tədbirlər görməyə vadar etmişdir.
Məlumatda deyilir ki, cümə günü cari ayın 21-i şəhərin baş mollası Ayətullah Mürəvvic Ərdəbilin cümə namazında minlərlə əhalinin qarşısında çıxış edərkən, Təbrizdəki son hadisələrə toxunaraq Doktor Çehreqanini separatçılıqda ittihamlandırmış və tanrıdan «islam düşmənlərinə» ölüm diləmişdir. Bu zaman namaz iştirakçılarının bir hissəsi «yaşasın Çehreqani» şüarı ilə Ayətullah Mürəvvicə qarşı etirazlarını bildirmişlər. Mühafizəkarları dəstəkləyənlər isə bunun əksinə mövqe bildirdikdə aralarında qarşıdurma yaranmışdır. Nəhayət, şəhər polisi və Ettelaat məmurlarının ciddi müdaxiləsi ilə toqquşmanın qarşısı alınmış və təxminən 50 nəfər həbs edilmişdir.