include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
PİRUZ DİLƏNÇİDƏN İLTİZAM ALINDI
|
24.04.2000
Milli Məclisin üzvü Mətləb Mütəllimovun
şikayəti əsasında CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçinin əleyhinə
başlanmış istintaq əməliyyatı iki ilə yaxın davam etdikdən sonra, ədalətsiz və
qərəzli qərarla yekunlaşmaq ərəfəsindədir. Azərbaycan Respublikası CM-nin
122-ci maddəsinin 2-ci hissəsi ilə əleyhinə cinayət işi qaldırılmış P.Dilənçi bu
gün yenidən Yasamal Rayon Prokurorluğuna çağırılmışdır. Orada qanuna uyğun
P.Dilənçiyə mövcud cinayət işinin matriyalları ilə tanış olmaq imkanı verilmiş,
qanunun müvafiq bənd və maddələri ona izah edilərək sonuncu dəfə özünü müdafiə
etməyə səlahiyyəti olduğu bildirilmişdir. P.Dilənçi işin tapşırıq əsasında
ədalətsiz aparıldığına etiraz olaraq təkrar izahat verməkdən imtina etmiş,
M.Mütəllimov barədə söylədiklərini bir daha təsdiqləmişdir. Üstəlik o,
respublikanın ən ali qanunverici oqanında Mütəllimov kimi simasız şəxsin təmsil
olunmasından təəssüfləndiyini də əlavə etmişdir. Sonda, P.Dilənçinin
rəsmi ittihamı oxunaraq, «şərq» qəzetinin 5 yanvar 1999-cu il və «Etimad»
qəzetinin 9 fevral 2000-ci il tarixli nömrələrində verdiyi müsahibəyə görə
təqsirkar hesab edilmişdir. Nəhayət yaxın günlərdə məhkəmənin son iclasının
keçiriləcəyi zamana qədər, prokurorluq qəti imkan tədbirinin yüngül növünü
seçərək Piruz Dilənçidən «Bakıdan çıxmamaq barədə» iltizam alınmasına qərar
vermişdir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|