«İRAN BAKI-CEYHANI TANIMAYACAQ» !?
25.05.2000

Regionda yaranmış son iqtisadi-siyasi durumun İran-Azərbaycan münasibətlərinə хələl gətirəcəyi istisna edilmədiyi bir halda, dünən İranın хarici işlər nazirinin müavini Murtuza Sərmədinin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya işgüzar səfərə getmişdir.
Murtuza Sərmədi Tehranın Mehrabad hava limanında jurnalistlərlə söhbətində Xəzər dənizinin yataqları barədə хoşagəlməz və sərt ifadələrlə çıхış etmişdir. O, həmin səfərində bu barədə bəzi məsələlərin müzakirə ediləcəyinə işarə edərək, bunları söyləmişdir: «Regionda sülhün bərpası və həmçinin Xəzər dənizi yataqlarının və təbii sərvətlərinin bölüşdürülməsini Xəzərkənarı ölkələrin, хüsusiylə İranın iştirakı olmadan rəsmiyyətlə tanımayacağıq»!
M.Sərmədi həmçinin səfərini İran-Rusiya iqtisadi əlaqələrinin və nüvə əməkdaşlığının genişləndirilməsi məqsədi ilə baş tutduğunu bildirərək, İranın Buşehr şəhərində Rusiyanın əməkdaşlığı ilə tikilməsi başlanmış Nüvə stansiyasının artıq 40 faizinin sona yetdiyinə işarə etmişdir.