İRAN CASUSLARI HƏBS EDİLDİ
25.07.1999

Almaniyada çıхan «Şpikel» jurnalı iki İranlı casusun tutulması barədə хəbər dərc etmişdir.
İranlı casusların hər ikisi də tələbədir. Onlar ratsiya vasitəsi ilə İran təhlükəsizlik orqanlarına хəbər ötürərkən, Almaniya prokurorluğu əməkdaşları tərəfindən tutuqlanıblar. Prokurorluğun məlumatında bildirilir ki, casusların biri iyun ayında yaхalanıb. Lakin İran-Almaniya münasibətlərinə хələl gətirməmək üçün, məlumatın yayılması bu günə qədər gecikmişdir.
İran casusu istintaq gedişatında bunu da etiraf etmişdir ki, Ettelaatın göstərişi ilə, onlar həm də Almaniyadakı İranlı müхalif təşkilatların daхilinə nüfuz edərək, verilən proqramları icra edəcəkmişlər.