BƏYANAT
25.11.1999

8 il təməm Cənubi Azərbaycanın azadlığı uğrunda, eləcə də Şimali Azərbaycanımızın ərazi bütövlüyü və dövlətçiliyi naminə apardığımız amansız mübarizə və fəaliyyət bu günün özündə də durmadan davam etməkdədir. Həmin illər müddətində hər tərəfli hücum, təqib, təzyiq və hədələrə məruz qaldığımız da ictimaiyyətə məlumdur. Lakin son aylar ərzində CAMAH-ın Bakıdakı baş qərargahına və rəhbərliyinə olunmuş hücumlar və sui-qəsdlər bizi bəzi ciddi tədbirlər görməyə məcbur etdi.
Xüsusi ilə ötən ayın 14-ü baş vermiş məlum hədisədən sonra, şübhəli məqamların təkrar müşahidə olunması və bütün bunlardan əhəmiyyətli, rüspublika cüquq mühafizə orqanlarının rəhbərlərinə etdiyimiz müraciətlərin cavabsız qalması, bizi öz təhlükəsizliyimizin özümüz tərəfindən təmin edilməsi qərarına gətirdi.
Bu səbəbdən, böyük təəssüf və ürək ağrıları ilə bu gündən etibarən CAMAH-ın Bakı şəhəri Dilarə Əliyeva 190 nömrəli ünvanda yerləşən qərargahının bağlanmasını və müvəqqəti olaraq məxfi ünvanda yerləşdirilməsini elan edirik.

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının Mərkəzi Komitəsi
25.11.1999