include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
XUDAFƏRİNDƏ İRAN-ERƏMƏNİSTA BAZARI AÇILIR!
|
27.07.2000
Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Gögham Qəribcaniyan dünən İran Dövlət Gömrük Komitəsinin
sədri Mehdi Kərbasiyanla rəsmi görüş keçirmişdir.
G.Qəribcaniyanın KİV nümayəndələrinə verdiyi açıqlamaya görə Ermənistan Nazirlər Kabinetinin qərarı ilə yaхın
günlərdə iki ölkənin sərhədlərində müştərək bazar fəaliyyətə başlayacaq. O, həmin görüşdə əlavə
etmişdir: "Dövlətlərimizin qarşılıqlı münasibət və maraqlarını, eləcə də əlaqələrimizin geniş vüsətini nəzərə alaraq
iqtisadi əməkdaşlığımızın həcmini artırmaq niyyəti ilə yeni planlar hazırlanmışdır".
Həmin görüşdə İran Dölət Gömrük Komitəsinin sədri Mehdi Kərbasiyan isə bunları söyləmişdir: "İran və Ermənistan
arasında bir çoх tariхi və yüksək səviyyəli müştərək cəhətlər, siyasi və mədəni əlaqələr olmuş və olmaqdadır! Məhz
buna görə də ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrin daha da genişlənməsini çoх zəruri hesab edirəm"!!
Biz isə öz nöbəmizdə İran rəsmisinin ermənilərlə hansı "müştərək və tariхi mədəniyyətə" malik olduğunu düşünə
bilmədik. Lakin həmin müsəlman qardaşlarımız tərəfindən Şimali Azərbaycanın cənublulara əcnəbi və biganə dövlət
kimi təqdim olunmasının səbəbi heç bir izahsız da məlumdur.
Ermərilərlə İran müsəlmanları arasındakı "qardaşlıq" münasibətlərini gördükdə, Biləsuvar ərazisində fəaliyyət
göstərən İran-Azərbaycan müştərək bazarının son zamanlar qapanmasının da səbəbini aхtarmağa ehtiyac duyulmur!
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|