BƏYANAT
27.08.2002

Cənubi Azərbaycanın milli azadlığı uğrunda göstərdiyi diplomatik fəaliyyətlərinin izahına ehtiyac duymadığımız Dünya Azərbaycanlıları Konqresinin oktyabr ayında keçiriləcək 6-cı qurultayının xəbərini böyük həyəcan və sevinc hissləri ilə qarşıladıq.
CAMAH, müqəddəs Bütöv Azərbaycan ideyasına xidmət edən hər hansı bir tədbirdə fəal iştirak etməyi öz milli və mənəvi borcu hesab edərək, DAK-ın da qurultayında konkret proqram və təbrik mesajı ilə çıxış etməyə qərar vermişdir. Bu funksiyanı həyata keçirmək isə təşkilatın Avropa təmsilçisi Barışmaz Calaloğluna həvalə edilmişdir.
Dünya Azərbaycanlıları Konqresi beynəlxalq hüquq normalarında təsbit edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərərək artıq bir çox beynəlxalq təşkilatlar və insan hüquqlarını qoruyan qurumlar tərəfindən rəsmiyyətlə tanınmış və onun nüfuz dairəsi daha da genişlənməkdədir. Bu səbəbdən də Cənubi Azərbaycanın müstəqilliyi və Vahid Azərbaycan dövlətinin yaradılması məqsədi ilə mübarizə aparan bütün qurum və təşkilatları DAK-ın ətrafında birləşməyə dəvət edirik.
Sonda Dünya Azərbaycanlıları Konqresinə və onun funksionerlərinə yeni uğurlar arzusu ilə bütün soydaşlarımızı bu qurultayda iştirak etməyə çağırırıq.

CAMAH Mərkəzi Komitəsi, Təbriz 27 avqust 2002