TƏBRİZ TƏLƏBƏLƏRİ YENİDƏN SİLAH QARŞISINDA
27.09.1999

Dünən gecə, bir qrup Təbriz tələbəsi dövlət təhlükəsizlik (Ettelaat) əməkdaşlarının silahlı təzyiqinə məruz qalıb. Son iki həftə ərzində Təbrizdə tələbə etirazları daha kəskin hal alıb. Tələbələr rejimi pisləyən bəyannamələr yaymaqda davam edirlər. Sentyabrın 26-da axşam 6 millətçi tələbə Ettelaat-ın xüsusi qüvvələri ilə qarşıdurma yaradıblar. Tələbələrə atəş açan gizli polis 2 nəfəri yaralayıb və vir nəfəri həbs edilmişdir. Rejim hər bir tələbəyə xüsusi iltizamnamə imzalatdırıb. Bu sənədə görə hökümətə etiraz edən hər bir tələbəni universitetdən xaric olunma və həbs cəzası gözləyir.