DOKTOR ÇÖHRƏQANLI AZADLIĞA BURAXILDI
28.07.2000

Təbriz İslami İnqilab Məhkəməsinin ədalətsiz qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmiş CAMAH rəhbəri doktor Mahmudəl Çöhrəqanlı fars şovinizminin qarşısında sınmadan şərəf və ləyaqətlə cəza müddətini başa vurdu.
Bu gün CAMAH-ın Təbriz komitəsindən aldığımız məlumata əsasən ötən həftə ağır daxili qan axma nəticəsində huşunu itirən doktor Çöhrəqanlı təcridxananın poliknikasına köçürürərək müvəqqəti müalicə edilmiş və nisbi sağlamlıqdan sonra, çox ağır fiziki durumda evdən çıxmamaq şərti ilə dünən gecə azadlığa buraxılmışdır.
Məhkəmənin qərari ilə təyin edilmiş cəza müddəti avqust ayının 6-sı sona yetməli idi. lakin doktorun ağır fiziki durumu onun bir neçə gün tez buraxılmasına səbəb olmuşdur. 
Doktor Çöhrəqanlı hal hazırda öz evində şəxsi həkimlərin müalicəsi və tibbi nəzarəti altında saxlanılar. Təbrizdən verilən məlumatda bu gün səhər tezdən əhalinin böyük sevinclə öz qəhrəman və dönməz oğlunun görüşünə gəldiyi də qeyd edilmişdir.
CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçi bu gün doktorla saxladığı telefon əlaqəsində Azərbaycan xalqı adından onu təbrik edərək həmişə sağ-salamat azdlıqda olmasını arladığını söylədi.