AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASININ
VƏ BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİN SƏDRİ
HÖRMƏTLİ ƏBÜLFƏZ ELÇİBƏY!
31.03.1999

Təbrizdə baş vermiş məlum hadisələrin son vaxtlar daha da ciddiləşməsi və gərginləşməsi ilə əlaqədar cari il mart ayının 27-si CAMAH-ın təşəbbüsü ilə 10-dan artıq partiya və təşkilatın iştirakı ilə Doktor Mahmudəli Çehrəqaninin hüquqlarının müdafiə komitəsi yaranmışdır. Həmin məsələ ilə əlaqədar mart ayının 30-u Bakı şəhərində keçirilən mətbuat konfransэnda bir neçə partiya və təşkilat da komitə ilə həmrəy olduqlarını bildirdilər. Mart ayının 31-i komitə fəallarının keçirdiyi növbəti iclasda Piruz Dilənçinin təklifi ilə məqsədəuyğun olaraq həmin komitənin sədrliyinin Sizə tapşırılması məsələsi müzakirə və səs çoxluğu ilə qəbul edildi. Xahiş edirik bu barədə öz razılığınızı billdirəsiniz.

DOKTOR MAHMUDƏLİ ÇEHRƏQANİNİN 
HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİNİN
MÜVƏKKİLİ: MƏHƏMMƏDƏLİ QABİLİ 
31.03.1999-cu il.