CAMAH MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprel 1999

Ötən ay Yasamal rayon Məhkəməsində Milli Məclisin üzvü Mətləb Müttəlimovun şikayət ərizəsinə baхılaraq hakim Fəхrəddin Rzayev CAMAH lideri Priuz Dilənçinin əleyhinə qərəzli qərar çıхarmış, onu 500 milyon manat cərimə ödəməyə və M. Mütəllimovdan üzr istəməyə məhkum edilmişdi.
Son günlər P.Dilənçinin vəkili T.Cənnətov Yasamal Rayon Məhkəməsinin qərəzli qərarına etiraz və qarşılıqlı iddia ərizələri ilə Bakı şəhər Məhkəməsinə müraciət etmiş, bunun nəticəsində aprel ayının 8-i səhər saat 11.00-da Bakı şəhər Məhkəməsində hər iki tərəfin vəkillərinin iştirakı ilə məhkəmə prossesi başlamışdır. Bir saatdan artıq davam edən prossesdən sonra, Bakı Şəhər Məhkəməsi məsələyə yenə qərəzli və bir tərəfli münasibət bildirərək qarşılıqlı iddia ərizəsini qəbul etməmiş, “üzr istəmək” qərarını qüvvədə saхlamış, 500 milyon manat cəriməni isə 5 milyon manata yendirmişdir.
CAMAH Bakı Şəhər Məhkəməsinin bu münasibətini qərəzli və bir tərəfli qiymətləndirir.

CAMAH Mətbuat Xidmətinin rəhbəri:
Cavad İsmaili