include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
GÜNEY AZƏRBAYCAN
ZİYALILARI AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT
ETDİLƏR
|
|
04.01.2003
CAMAH-ın Bakı
təmsilçisi Piruz Dilənçinin hüquqlarının müdafiəsi tələbi ilə Güney
Azərbaycanın yüzə yaxın şair, yazıçı və universitet müəllimi Azərbaycan
prezidenti Heydər Əliyevə mürəciət etmişlər. Müraciətin mətnini olduğu
kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri Heydər Əliyev cənablarına! Aldığımız məlumata əsasən
Güney Azərbaycanın tanınmış şairi və siyasi xadimi Piruz Dilənçi 5 dekabr
2002-ci il tarixdə naməlum səbəbdən Bakıda həbs edilmişdir. 38 gün
təcridxanada saxlanıldıqdan sonra, ev dustağı şəraitində azadlığa
buraxılmışdır və bu gün də ev dustaqlığında yaşamaqdadır. Təbii ki, bu
olay bizi narahat etməyə bilməzdi. Bu hadisədən milli maraqlarımıza
zidd istiqamətdə bəhrələnməyə cəhd göstərən ıran mətbuatı və fars
şovinizminə xidmət edən elektron informasiya vasitələri Piruz Dilənçinin
həbsi ilə bağlı ziddiyyətli və qərəzli məlumatlar yaymaqla, şimali
Azərbaycandakı dövlətimizi 30 milyon cənublu soydaşımızın gözündən salmaq
məqsədi güdürlər. Həmin məlumatlarda cənab Dilənçinin sifarişlə həbs
edilərək, Mahir Cavadovla dəyişdirilməsi versiyası da istisna
edilmir.
Möhtərəm Prezident!
Piruz Dilənçi cənubdan Şimali
Azərbaycana mühacirət etməyə məcbur olduğu zaman nə cinayətkar deyil idi,
nə də cinəyətkar olmaq üçün doğmalarını əbədi tərk etmirdi. Onun törətdiyi
yeganə cinayət, vətənini, millətini və milli bayrağını sevməkdən ibarət
idi. Piruz Dilənçi hələ gənc yaşlarından Doktor Cavad Heyətin nəşr
etdirdiyi ”Varlıq” jurnalında fəaliyyət göstərərək, milli ədəbiyyatımızın
təbliği və inkişafı uğrunda əlindən gələni əsirgəmirdi. 80-ci illərdə
ıranda Azərbaycan türkcəsində danışanların az qala dilləri kəsildiyi bir
dövrdə, Piruz Dilənçi bütün varlığını təhlükəyə ataraq, nəinki cənub
ədəbiyyatını, hətta şimali Azərbaycanın müasir ədəbiyyatını da tərcümə,
nəşr və təblliğ edirdi. P.Dilənçinin ana dilimiz və ədəbiyyatımızın
cənubdakı inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə onun
müdafiəsinə qoşulmaya bilmərik və buna mənəvi haqqımız da
yoxdur.
Hörmətli Prezident! P.Dilənçiyə qarşı tətbiq edilmiş həbs və
təziqlər 30 milyonluq cənub ictimaiyyətində və xüsusi ilə ziyalılır
arasında nigarançılıq və narahatlıqlara səbəb olmuşdur. Bütun bunlara son
qoymaq isə yalnız sizin səlahiyyətiniz daxilindədir. Odur ki, sizə
müraciətlə ali humanistliyinizə güvənir və bu barədə ədalətli tədbirlərin
görülməsi üçün sərəncam verməyinizi xahiş edirik.
Təkrar
salamlar və səmimi sayğılarımızla: Güney Azərbaycanın şairləri,
yazıçıları və bir qrup universitet müəllimləri
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|