include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
DOKTOR ÇEHREQANİ YENİDƏN HƏBS OLUNDU
|
17.02.1997
«Hürriyyət» qəzetindən:
İranda Azərbaycan xalqına qarşı milli haqsızlıqlar artıq açıq-aşkar özünü göstərir. Cənubdakı soydaşlarıızı öz ana dilindən, mədəniyyətindən, bir sözlə milli mənsubiyyətindən məhrum edən fars şovinizmi və onun daimi təmsilçisi olan Tehran rejimi daha ciddi və qeyri-insani tədbirlərə əl atmaqda davam edir. Doktor Çehreqaninin bu ilin fevralında yenidən həbs olunması buna misaldır.
Çehreqani kimdir? 1957-ci ildə Şəbüstər şəhərinin Çehreqan kəndində anadan olub. 20 yaşından müəllimlik edən Çehreqani sonradan Tehran Universitetini bitirib. Dörd övladı var.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) sədri Piruz Dilənçinin bildirdiyinə görə, Doktor Çehreqani keçən ilin ikinci yarısında İran məclisinə keçirilən seçkilərdə Təbrizdən öz namzədliyini irəli sürmüşdür. Deputat seçiləcəyi təqdirdə bütün varlığı ilə Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin yüksəlməsi yolunda, Azərbaycan türkcəsinin tədrisinin qanuniləşməsinə çalışacağını vəd edən Çehreqani seçkilərin ikinci turunda həbs olunub. Təbriz Şəhəri Mərkəzi Seçki Komissiyasının sədri və şəhər valisi Cavad Nəcəfiazər Çehreqanidən namzədliyini geri götürməyi tələb etsə də, o, buna etiraz etmişdi. Bundan sonra Çehreqani qısamüddətli həbs və şəhər valisi bəyanatla çıxış edərək onun namzədliyini geri götürdüyünü təsdiqləyən saxta sənəd təqdim etmişdir.
Bizimlə müsahibəsində Doktor Çehreqani seçkilərdən sonra ev və əmlakının müsadirə edildiyini bildirmişdir.
İrandakı təzyiq və təqiblərdən yaxa qurtarmaq üçün 1996-cı il sentyabrın 28-də Şimali Azərbaycana pənah gətirmək istəyən Çehreqani Cənubi Azərbaycan ərazisində yaxalanmış, Tehranın EVİN zindanına aparılmışdır. İki aydan artıq farsların cəlladxanasında ağır işgəncələr gördükdən sonra bədəninin bir tərəfi iflic vəziyyətinə düşmüş, guya müalicə olunmaq niyyəti ilə Təbrizə göndərilmişdir, orada ev dustağına çevrilmişdir.
CAMAH-dan verilən məlumata görə fevral ayının 2-də saat 10 radələrində Çehreqani yenidən həbs edilib. Hazırda harada və hansı şəraitdə olduğu barədə heç bir məlumat yoxdur.
«Hüriyyət» qəzetinin müxbiri Qalib İbrahimoğlu
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|