include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
TƏBRİZ MÜCAHİDLƏRİNƏ AZADLIQ!
|
09.06.1998
«Müxalifət» qəzetindən:
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə nota göndərib.
Sənəddə bildirilir ki, Fransa Parlamentinin 1915-ci ildə Türkiyədə uydurma erməni soyqırımını tanımasını Cənubi Azərbaycan türkləri narazılıqla qarşılayıb. Onlar bu qərara etiraz olaraq, iyunun 3-də Təbrizdə mitinq keçirib. Bu mitinq də, həmişəki kimi İran təhlükəsizlik (Ettelaat) məmurlarının vəhşicəsinə hücumu ilə dağıdılıb, 60-dan çox soydaşımız həbs olunub.
Daha sonra sənəddə Təbrizdə həbs olunmuş soydaşlarımızın bir həftə müddətində azad edilməsi tələb olunur. CAMAH bildirir ki, əks halda İranın Bakıdakı səfirliyi və onun işçiləri barədə İran dövlətinin öz əməllərinə yuğun hərəkətlər etməyə məcbur olacaq.
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|