include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HÖRMƏTLİ HEYDƏR ƏLİYEV CƏNABLARINA
və
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ HÖRMƏTLİ NAMİQ ABBASOV CƏNABLARINA
M Ü R A C İ Ə T !
|
04.07.2003
Məlum olduğu kimi, 5 dekabr 2002-ci il tarixdə CAMAH-ın Bakı təmsilçisi, tanınmış Cənubi Azərbaycan şairi Piruz Dilənçi naməlum səbəblərlən tutuqlanaraq, iki gün Xətai Rayon Polis İdarəsində, beş gün başqa yeraltı bir təcridxanada, 31 gün isə 3 Saylı İstintaq Təcridxanasında saxlanılmışdır.
O, polis idarəsində saxlandığı iki gün müddətində ağır fiziki və ruhi işgəncələrə məruz qalmış, bu səbəbdən «izahat» yazmağa məcbur edilmişdir! Bununla da saxta izahatlar və ifadələr əsasında, tamamilə qərəzli olaraq qondarma ittihamlarla barəsində cinayət işi qaldırılmışdır. Piruz Dilənçi polis idarəsində məruz qaldığı ağır işgəncələr nəticəsində, ciddi ruhi və fiziki xəstəliklərdən əziyyət çəkdiyi üçün, zəmanətlə həbsdən buraxılaraq ev dustağı edilmişdir.
Möhtərəm cənab Prezident, hörmətli cənab nazir!
Piruz Dilənçi ömrünün on ildən artıq bir dövrünü o taylı bu taylı Azərbaycanımızın milli azadlığı, dövlətçiliyi və ərazi bütövlüyünə həsr etmiş, eyni halda Cənubi Azərbaycanın Milli Azadlığı uğrunda gedən haqlı mübarizənin aparıcı rəhbərlərindən biri olaraq, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və bir çox dövlətlər tərəfindən rəsmiyyətlə tanınmış və qəbul edilmişdir. Belə bir şəxsiyyətin öz vətənində kimlərinsə sifarişi ilə həbs edilməsi, işgəncə olunması, maddi və mənəvi talantılara məruz qalması, ailə üzvlərinin təhqir edilməsi və nəhayətdə dözülməz xəstəlik şəraitində ev dustağı edilməsi, təəssüf və təəccüb doğuran bir haldır.
Eyni zamanda, bu xoşagəlməz olaydan sui-istifadə edərək bəhrələnmək istəyən üçüncü qüvvə, 30 milyondan artıq cənublu soydaşımızı Şimali Azərbaycan dövləti ilə üz-üzə qoymaq məqsədi ilə İran mətbuatında və müxtəlif internet saytlarında yaydıqları məqalələrdə qəsdən bu məsələni Azərbaycan dövlətinin, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin cənublulara qarşı qərəzli mövqeyi və münasibəti kimi qələmə verməyə cəhd göstərir.
Biz dünyanın bir çox ölkələrində Azərbaycanın müxtəlif siyasi və mədəni təşkilat və cəmiyyətlərini təmsil edən şəxslər olaraq, bütün bu xoşagəlməz halların qarşısını almaq və milli düşmənlərimizin apardıqları çirkin siyasi oyunlara son qoymaq niyyəti ilə, Piruz Dilənçinin Hüquqlarını Müdafiə Komitəsini yaratmaq və siz cənablara mürəciət etməyə qərar verdik.
Təbiidir ki, azərbaycanlı olaraq, Azərbaycanımızın daxili problemlərinin beynəlxalq təşkilatlarda deyil, məhz öz dövlətimizdə həll olunmasının tərəfdarıyıq. Bu məqsədlə də, ilk müraciətimizi siz möhtərəm cənablara ünvanlamağımızı məqsədə uyğun hesab edirik.
Möhtərəm cənab Prezident, möhtərəm cənab nazir!
Piruz Dilənçinin Azərbaycan naminə apardığı şərəfli və səmərəli mübarizəsini, türk dünyasında olan xüsusi nüfuzunu və Azərbaycan ədəbiyyatının ölkə sərhədlərindən kənardakı inkişafına göstərdiyi xidmətlərini nəzərə alaraq, kobud formada pozulmuş hüquqlarının bərpa edilməsi barədə sərəncam verməyinizi xahiş edirik.
Hörmət və sayğılarla:
Bulut Qarapapaq
(Piruz Dilənçinin Hüquqlarını Müdafiə Komitəsinin sədri)
mudafie_komitesi@yahoo.com
Komitənin müxtəlif ölkələrdəki nümayəndələri:
1. ABŞ: Həmid Muğanlı
2. İsveç: Hüseyn Makulu
3. Türkiyə: R.Əmani
4. Norveç: Barışmaz Calaloğlu
5. Bakı: Y.Təbrizli
6. London: Aydın Təbrizli
7. Təbriz: M. S.
8. Kanada: Bulut Qarapapaq
9. Almaniya: Azad Kərimli
10. İsveçrə: Rəhim Sulduzlu
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|