Azərbaycan Siyasi Məhbusları Müdafiə komitəsinin
Babək Qalasına yürüş mərasimi ilə bağlı bəyanatı
01.10.1999

Azərbaycanın milli qəhrəmanı Böyük Babəkin doğum günlərində keçiriləcək törənlər yaxinlaşdıqca, daxili mətbuat organlarının susduğuna görə basqı və təzyiqlər Azərbaycanın siyasi fəallarının əleyhinə artmışdır.
Tutuqlamalar, təzyiqlər, iltizam almalar və qeyri qanuni saxlamalar bir halda baş verir ki, heç bir gunah subut edilməmişdir . Tutuqlamalar ancaq " Babək qalasina getmək əzminde olmaq " ittihamı ile yerinə yetirilir. Bu qeyri qanuni üsul Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və .... davam edir. Azərbaycanın siyasi ve mədəni fəallarının bir çoxunnun yaxalanması ailələr və başqa vətəndaşlar arasinda böyük nigarançılıqlara səbəb olmuşdur. Bu, dövlət rəsmilərinin birinci səhvi olmadığı kimi, sonuncu da olmayacaq.Təəssüflə hakimlerin millət qarşısında ədalət və təmkinlərinə inam, günü-gündən azalır və öz rəngini itirir. Bu vəziyyət və qorxu hissləri ürəyi millətə yanan insanları ümidsiz etməkdədir.
Belə qeyri qanuni və qeyri insani hərəkətlər keçən ilki babək qalasına yüruyüşdə, 12 dekabr 2002 tarixində 21 azər məsələsi ilə bağlı Şəbüstərdə və son günlərdəki tələbə hərəkətlərində də baş verdi. Təəssüflə bu olaylar beynəlxalq insan hüquqları ile bağlı qurumlar, KIV və beynəlxalq xəbər agentliklərinin diqqətsizlik və baykotu ilə qarşılandi.
Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Komitəsi bu qeyri insani və qeyri demokratik tutuklamalar, təziqlər və basqıları pisləyir və bu əməllərə son qoyulmasını tələb edir. Dünyanın bütün insan haqları ilə məşqul olan təşkilatlarından, mətbuat və xəbər agentliklərindən xahiş edirik ki, xüsusi ilə bu neçə gündə (Babək Qalasına yürüş ərəfəsində) diqqətlərini Cənubi Azərbaycana yönəltsinlər.
Son günlər tutulanların adları:
1-Mühəndis Əlirza Cavanbəxti Quluncu (Azərbaycan Siyasi Məhbuslarını müdafiə komitəsinin banilərindən, yazıçı və jurnalist), tutulma tarixi 25 iyun 2003 .
2-Kian Səfəri (yazıçı və jurnalist), 25 iyun 2003 tarixində evinə gedərkən oğurlanıb.
3-Insafəli Hidayət (jurnalist), 15-16 iyun 2003 tarixində Təbriz Universitetindəki tələbələrin etiraz aksiyasından video xəbər hazırladığı zaman döyülərək həbs edilmişdir.
4- Kərim Həsənpur (mədəniyyət və mətbuat fəallerından) .
5- Yaşar Kərimi (Həmədan Universitetində çıxan "İldırım" jurnalının məsul müdiri) .
6- Mehdi Zeynali (Həmədanda çıxan "İldırım" jurnalının baş redaktoru) .
Diqqət:
Yaşar Kərimi və Mehdi Zeynali 17 iyun 2003 tarixində Ettelaata çağırılmlş və bu günə qədər həbsdə saxlanılırlar.
Xatırladırıq ki, onların tutulmasından bir həftə öncə "İldırım" jurnalı universitet rəhbərliyi tərəfindən bağlanmışdır. Həmçinin Cənubi Azərbaycan Milli Hərəkatının fəallarından çox sayda müxtəlif şəhərlərdə Ettelaata çağırılmış və Babək Qalasına getmələrinə qadağa qoyulmuşdur. Aydındır ki, təziqlər davam edərsə, onların da adları açıqlanacaqdır.

Bütün siyasi məhbusların azadliğı ümidi ilə :
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi