TƏBRİZ BAYATILARI
Aydın Təbrizli


Döşündə min-bir gözə!
Dostuna can bağışlar,
Düşmənə çökməz dizə!

Təbrizimin Acısı,
Saysız qardaş-bacısı.
Gülüşləri dostunun,
Düşmənindir acısı!

Təbrizimin Ərki var,
Ərkinə min ərki var.
Səttarxanı yoxdursa,
Milyon-milyon ər ki, var...

Təbrizə yar Eynalı,
Dərdi duyar Eynalı.
Təbrizə xor baxanın-
Bağrın oyar Eynalı!

Təbriz üstü Payandı,
Payan dağa dayandı!
Bir qıy vurdu Koroğlu,
Dəliləri oyandı!

Şibli Təbriz üstüdür,
Başı yaman tüstüdür.
Gahdan da bir məni de,
Qoy desinlər: Dostudur!