include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
ZİNDAN
(Bu şeri mərhum Məhəmməd Biriya Qazaxstanda sürgündə olarkən,
Təbrizə həyat yoldaşına göndərdiyi məktubda yazmışdır)
|
Biriya
Başına döndüyüm, qurban olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Gözəl cəmalına heyran olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Üzümü bu qədər danlama, bəsdi!
Bilirsən, fələyin işləri nəhsdi!
Gəlirdim, yolumu KQB kəsdi!
Deyirsən evə gəl, mən necə gəlim?
Lagerin dövrəsi çəpərdi vallah!
Hər yana baxıram, xətərdi vallah!
Burdan xilas olmaq hünərdi vallah!
Deyirsən evə gəl, mən necə gəlim?
Çəpərin dalında durub nigəhban,
Qabaqda ölümdür, arxada zindan!
Qadasın aldığım yar-i mehriban,
Deyirsən evə cəl, mən necə gəlim?
Adım Məhəmməddir, Özüm riyasız,
Hələ çıxmamışam sənə vəfasız!
Məni buraxmayır tutan hayasız!
Deyirsən evə gəl, mən necə gəlim?
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|