YENƏ DƏRBƏNDƏ GEDƏK (Səfərdəki dostuma)
Eloğlu


Yenə Dərbəndə gedək,
Payız Axşamında biz.
Neyləsin yazıq ürək?
Xatirə, qanlı məhmiz...
Yatır qəlbimdə sənsiz.

Dayanıb söykəndiyim-
Bu çinar, o çinardı...
Çinar nə bəxtiyardı!

Qoy durub enib gedim...

Bu dərbənd dərin dərə,
Dərbəndin hər cığırı,
Sənli mənə xatirə,
Sənsiz yenə xatirə.

Səni harda tapım mən?
Söylə Qoşqardasanmı?
Mən payız ahəngiyəm!
Yoxsa bahardasanmı?
Durna, qatardasanmı?