Milli Həmrəylik günümüz Vaşinqtonda qeyd olundu
01.01.2005

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Hafiz Paşayev Dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə Amerikanın Vaşinqton şəhərində təntənəli şənlik mərasim keçirildi.
6 saata yaxın davam edən mərasimdə incəsənət xadimlərimizin ifalarından sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Hafiz Paşayev cənabları çıxış edərək mərasim iştirakçılarını təbrik etdi.
Güneyli soydaşlarımızın çoxluq təşkil etdikləri bu şəhərdə, mərasim iştirakçılarının böyük əksəriyyəti şimallı soydaşlarımızdan ibarət idi.
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri, səfirliyin əməkdaşları və onların ailə üzvlərinin mərasimdə fəal və səmimi iştiraklarını rəsmi Bakının dünya Azərbaycanlılarına olan müsbət münasibəti kimi təqdirə layiqdir.
Yeni fəaliyyətə başlamış Azərbaycan Kültür Dərnəyindən verilən məlumatda, Novruz Bayramı münasibəti ilə də daha təntənəli bir mərasimin keçirilməsi planlaşdırılmışdır.
Dərnək, ABŞ-da yaşayan bütün soydaşlarımızı əməkdaşlıq və fikir mübadiləsinə dəvət edir.
Əlaqə adresi: Azərbaycan Kültür Dərnəyi

Həmid Arazlı