include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CAMAH-da KÖKLÜ DƏYİŞİKLİKLƏR
|
28.05.2004
CAMAH Mərkəzi Komitəsinin fövqəladə iclası keçirildi
|
Dünyada və regiyonda geden bir sıra önəmli siyasi proseslər yaxın gələcəkdə Cənubi Azərbaycan və ümumiyyətlə İranda da öz təsirini göstəracəkdir. Zamanın bu əhəmiyyətli və həssas dönəmində Cənubi Azərbaycan xalqı da İranda əsarətdə yaşayan başqa millətlərlə bərabər uzun illər boyunca taptalanmış milli, siyasi, ictimai və şəxsi hüququnu əldə etmək fürsətini itirməməlidir.
Məüxtəlif dayirələr və dövlətlərə bağlı olan bəzi şəxslər və qaraqruplar torpaqlarımızın və millətimizin azadlığını təmin edəbiləcək bu fürsətin itirilməsi məqsədi ilə, bağlı olduqları dayirələr və ya dövlətlərin mənafeyinin qorunması istiqamətində fəaliyyət göstərərək, milli hərəkatımızı əsas xəttindən yayındırmaq istəyirlər.
Bu dönəmdə bütün qüvvələrimzi səfərbər edərək, İranın daxili işlərində müxtəlif maraqları olan bəzi qonşu və ya böyük dövlətlərin hansıları ilə strateji və hansıları ilə taktiki əməkdaşlıq etdiyimiz və ya edəcəyimizi, başda milli mənafeyimizə xələl gətirilməmək prinsibi əsasında qurmalı və ya yenidən baxmalıyıq.
Bu və bir sıra başqa məsələləri nəzərə alaraq, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı Mərkəzi Komitəsi fövqəladə iclası keçirmişdir.
Cenubi Azərbaycan, Türkiyə, Amerka, Kanada və bəzi Avropa ölkələrindən olan nümayəndələrin iştirakı ilə keçirilmiş bu iclasda bir çox məsələlər barədə fikir mübadiləsi aparıldıqdan sonra, Cənubda gedən və günü-gündən güclənməkdə olan hərəkatımızın etibarlı bir mərkəzdən idarə olunmasını təmin edə bilmək məqsədi ilə aşağıdakılar qərara alınmışdır:
1. CAMAH-da rahbərlik strukturu ləğv edilərək, bu funksiya üç nəfərdən ibarət müvəqqəti şuraya həvalə edilsin.
2. CAMAH rəhbəri Piruz Dilənçi təşkilatda tutduğu vəzifəsindən azad edilsin.
3. Siyasi Şuranın bütün üzvləri vəzifəlrindən azad edilsinlər.
4. CAMAH-ın bütün ölkələrdəki təmsilçilərinin səlahiyyəti ləğv edilsin.
5. Qurultayda seçiləcək Rəhbərlik Şurasının funksiyası qurultaya qədər müvəqqəti olaraq Həmid Arazlı, Bulut Qarapapaq və Piruz Dilənçiyə həvalə edilsin.
6. Yaxın doqquz aydan gec olmamaq şərti ilə təşkilatın ümumi qurultayinin keçirilməsinə hazırıq işləri aparlsın.
7. Milli təbliğatımızın Cənubi Azərbaycanda daha da gücləndirilməsi məqsədi ilə fars və Azerbaycan dillərində CAMAH-ın “Azərbaycan Radiosu” adlı müstəqil Radiosu yayıma başlasın.
8. Milli təbliğatımızın Cənubi Azərbaycanda daha da gücləndirilməsi məqsədi ilə fars və Azerbaycan dillərində CAMAH-ın “Azərbaycan” adlı müstəqil qəzeti nəşr edilsin.
9. Keçmişdə CAMAH sıralarından uzaqlaşdırılmış və ya öz istəyi ilə uzaqlaşmış üzvlər, səlahiyyətli nümayəndələr və təmsilçilər təşkilata müraciət edərək, yenidən CAMAH sıralarına qayıda bilərlər.
10. Bu tarixə qədər verilmiş CAMAH vəsiqələri etibarsız sayılsın.
11. CAMAH keçmişdəki üzvləri və məsulları haqqında heç bir hüquqi məsuiyyət daşımır.
12. Bu ünvandakı sayt (www.camah.com) CAMAH-ın rəsmi veb səhifəsi olaraq, fəaliyyətini davam etdirsin.
28.05.2004
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|