CƏNUBİ AZƏRBAYCANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏT
İyun 2002

Bildiyiniz kimi bir neçə ildir ki, görkəmli şəhid alimimiz professor Məhəmməd Tağı Zehtabinin təşəbbüsü ilə hər il Tir ayının 9-u (Günəş ili) Babək Xürrəminin doğum gününü qeyd etmək üçün Babək Qalasına toplaşırıq. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH), başqa cənub təşkilatları ilə apardığı məsləhətlər nəticəsində həmin təntənəli tədbirin bu ilki tarixini Tir ayının 13 və 14-ü ücün təyin etmişdir.Sizi bu il Tir ayının 13 və 14-ü üçün planlaşdırdığımız həmin tədbirdə ciddi iştirak etməyə dəvət edirik. Bu tədbirdə iştirak etməklə, fars şovinizminə qarşı öz milli həmrəyliyimizi nümayiş etdirəcəyik.

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının
Mərkəzi Komitəsi

(Təbriz)