include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
BÖYÜK MÜRACİƏT
|
15.10.2003
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Siyasi Şurasının rəhbəri
Piruz Dilənçinin Azərbaycan xalqına müraciəti
Əziz millətim!
Çağdaş dünyamızda gedən qlobal siyasi proseslərin sürətlə inkişaf etdiyi bir durumdayıq.
1990-cı ildən by günə qədər bir an belə durmadan və dayanmadan şərəfli mübarizə yolumuzu
davam etdirməkdəyik. Millətimizin və vətənimizin azadlığı, xoşbəxtliyi və səadəti uğrunda apardığımız
bu müqəddəs mübarizə yolu, təbii ki, müxtəlif problem və təhlükələrdən də uzaq olmadı.
Getdiyimiz yolda bəzən səhvlərə yol vermiş olsaq da, bu gün böyük qürur hissləri ilə millətimizin
qarşısında başımız göylərə dirənəcək qədər uca, alnımız açıq, üzümüz isə ağdır.
1990-cı iıdə sadəcə 3-4 nəfərin təşəbbüsü ilə yaranıb ərsəyə çıxarılmış təşkilatımızın bu gün dünyanın ondan
artıq ölkəsində 21 komtəsi və minlərlə üzv və fəal tərəfdarı var. Bu gün dünyanın bəzi ölkələrində
Cənubi Azərbaycanın milli mücadiləsinə qatılmaq amacı ilə yaradılmış BAB, DAK, GAMOH və başqa
qurumlar, az-çox hər biri öz növbəsində fəaliyyətlə məşquldur və biz CAMAH olaraq, bu qurum və
təşkilatların məhz bizim, yəni CAMAH-ın içindən doğulub yaradılmasına qürur duyuruq.
On ildən artıq apardığımız diplomatik görüşlər və danışıqları nəticəsində bu gün
Avropa Şurası, Birləşi Millətlər Təşkilatı, Azərbaycan Respublikası,
Türkiyə Cumhuriyyəti, Amerika dövləti və bir çox başqa qurumlar İran
adlanan coğrafi ərazidə Azərbaycan türklərinin milli hüquqlarının kobud
formada taptalanmasını qəbul etmiş və bununla bağlı bəyanatlar yaymışlar.
Əziz millətim!
Ötən 3 ay müddətində bəzi güclü və böyük təşkilatlar və dövlətlərin dəvəti ilə
nümayəndə heyətinə başçılıq edərək Amerika, Türkiyə, Qıbrıs və Avropa
ölkələrinə işgüzar səfər etdim. Bu ölkələrdə
üst-üstə 20-dən artıq rəsmi və qeyri-rəsmi görüş keçirdik. Aparıcı dövlət və
qüvvələr iki ildən az bir zamanda Cənubi Azərbaycan türklərinin milli mücadiləsinin
dünya gündəminə çıxarılmasında bizə hər tərəfli yardım edəcəklərinə söz
verdilər.
Əziz millətim!
Düşmənimiz böyük, güclü və olduqca hiləkardır. Həmişə bizi biri-birimizdən
ayırmaq və kiçik dəstələrə parçalamaq istiqamətində hərəkət etmiş, və
təəssüflər olsun ki, buna qismən nail ola bilmişdir. Bizi düşmənin vurması nə ağrıtmır,
nə də incitmir. Bizi ipi özümüzdən olan qırıx baltaların vurması incidir!
Bizi üzümüzə ağ olan yetimlərin xəyanəti kədərləndirir! Bir sözlə, bizi satqınlıqlar
sarsıdır. Dünən "Böyük öndərim, sayın liderim" kimi ifadələrlə yaltaqlığın
ən yüksək zirvələrində bulunan min sifət tülkülərin bu gün köksüz
qoltuqlara dayanması bizi təəccübləndirir və təəssüfləndirir.
Əziz millətim!
Bildiyiniz kimi, 10 ildən artıq bir zamandır ki, hər bir ağrı-əzaba dözərək,
yalnız düşmənlə deyil, eləcə də çaqqallarla vuruşmaqdayıq. Ötən ilin sonlarında
Azərbaycan hakimiyyətində təmsil olunan mafiya qüvvələrinin satqınlığı
nəticəsində Bakıda həbs edilərək ağır işkəncələrə məruz qaldığımdan da
xəbərsiz deyilsiniz. Bunların hamısını 10 ildən artıq apardığımız mübarizənin
uğurları kimi qiymətləndiririk.
Uğurlarımızı qısqanclıqla qarşılayan bəzi cılız "qüvvələr", hər zaman xalqın
fikrində çaşqınlıq yaratmaq məqsədi ilə öz səviyyə və çəkilərinə münasib
və uyğun şayiələr və əsassız ittihamlarla əleyhimizə təbliğat apararaq
hərəkatımızı gözdən salmağı qarşıda məqsəd qoymuşlar.
Hər kəsə məlumdur ki, 2000-ci ildən etibarən mənim sayın Mahmudəli
Çehreqni ilə heç bir əlaqə və işbirliyim olmamışdır. Bu barədə zamanında
mətbuatda da kifayət qədər söz-söhbət yayılmışdır. Amma çox
təəssüflər olsun ki, bayaq dediyimiz ipi özümüzdən olan qırıx baltalar
bu gün tülkücəsinə ən kiçik fürsətdən faydalanaraq öz çirkin
məkirlərini həyata keçirmək istəyirlər. Kimlərinsə hansısa edib-etmədiyi
naməlum əməlləri müxtəlif yollarla müxtəlif şəxslərə bağlayıb, sonra da
tam məharətlə son nöqtəni vurmağa cəhd göstərirlər. Mən bütün məsuliyyətlə
bəyan edirəm ki, yuxarıda göstərdiyim tarixdən bu günə qədər Mahmudəli
Çehreqani ilə hətta telefon bağlantım da olmamışdır. Bu mövqeyim sayın
Çehreqaniyə qarşı nə hörmətsizliyimin əlaməti, nə də əqidə
düşmənçiliyimin nişanəsi deyil idi. Bunu, ya taktiki duşuncələrin fərqindən,
ya da şəxsi təcrübəsizliklərimizdən başqa heç bir şeylə izah edə bilmərəm.
Cənubi Azərbaycanın 50 ildən sonra yetirib ərsəyə çıxartdığı
Çehreqaninin bu gün bu səviyədə vurulması düşmənə xidmət etməkdən
başqa bir şey deyil. Çehreqani nə imam deyil, nə də peyğəmbər! O da har
bir adi insan kimi səhv edə bilər. Səhv etmək günah və suçdursa, dünyanın
bütün insanlarını günahkar və suçlu sayılmalıdır.
İrandan dəvət edib böyük
dəbdəbə və təmtəraqla dünyaya təqdim etdiyimiz bir şəxsin arxasını
qəfildən boşaldıb, sonra da onu vurmağımızın səbəbi nədir? Görəsən biz
bu qədər dönük və etibarsız bir millətin övladıyıq?! Bu olay
islam tarixindəki Kufə əhlinin Əli oğlu Hüseyni dəvət edib, sonra da dönük
çıxmalarının irgəncliyini xatırlatmırmı?
Hər halda, mən son zamanlar mənimıə
Çehreqani arasında olan hər hansı bir bağlılıq və
ya münasibətin olduğuna dəlalətlə yayımış bütün şayiələri qətiyyətlə
təkzib edir və xalqıma yaxın 1-2 il arasında böyük uğurların şahidi
olacaqları müjdəsini verirəm.
Yolumuz millət və haqq yoludur. Nə haqq sarsılmaz, nə də millət!
Piruz Dilənçi 15.10.2003
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|