Müasir dövrümüzdə Müstəqil Cənubi Azərbaycan ideyasını 1990-cu ildə ilk dəfə bəyan edib və bu yolda mübarizəyə başlayan Piruz Dilənçinin müxtəlif tarixlərdəki çıxış və müsahibələrindən seçilmiş cümlələr:
1992 - Piruz Dilənçi:
"İran" sözünü işlətməməyi öyrənin. Biz hər dəfə İran dedikdə, bu mənfur və uydurm ada hüquqi dəyər vermiş oluruq. Bu sözü işlətməyə məcbur olanda da, İran deməyin, deyin İran adlanan yer.


1993 - Piruz Dilənçi:
İndidən düşünüb lazımı tədbirlər görməsək, yaxın gələcəkdə ikinci bir Qarabağ problemi, Qarabağdan da daha dəhşətli bir problem, Qərbi Azərbaycan problemi, Urmuda Kürd problemi ilə üzləşəcəyik.


1994 - Piruz Dilənçi:
Biz Tehran rejiminin müxalifi deyilik. Əslində İran adlı uydurma bir varlığın müxalifiyik.


1996 - Piruz Dilənçi:
Uzun illər boyu dilimizi istədik, vermədilər. İndi torpaqlarımızı istəyirik və alacağıq!


2013 - Piruz Dilənçi:
Ağac kökünün üstündə bitər. Kök də torpağa bağlıdır. Ən güclü kökü torpaqdan ayırsan, məhv olub gedər. İnsan da onun kimidir. Milliyyəti ilə tanınar, torpağı ilə sayılar. Torpağını əlindən alsan, milliyyətini itirər, tədricən məhv olub gedər.