"Bu gözəllik sənə də qalmaz"...
(21 Azərin ildönümü bəhanəsi ilə)
06.12.2004

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının ölməz rəhbəri, Milli hökumətimizin banisi Seyid Cəfər Pişəvərinin məzarı xain dövlət başçılarının əmri ilə Bakının "Fəxri Xiyabanı"nda dağıdılmışdır.
Bu cümlələri nə xəbər kimi, nə də etiraz məktubu kimi dərc etmirik. Sadəcə bunu düşünürük ki, CAMAH-la yanaşı bir ŞAMAH-ın da yaradılması və Şimali Azərbaycanı orada iqtidarda olan satqın rus və fars kölələrinin əsarətindən azad etmək barədə ən azı düşünməyin zamanı çatmışdır...
Belə bir durumda iyrənc əməllərini ört-basdır etmək məqsədi ilə Bakı merinin gülünc bir bəyanatla çıxış etməsi xalqımızın daha da ciddi qəzəbinə səbəb olmuşdur.
Görünür Azərbaycanın bugünkü üzdəniraq rəhbərləri "qəbir qazmaq və məzar dağıtmaq adət-ənənəsinin" banisi və yaradıcısı oldular. Onlar unutmasınlar ki, xalqımız da bu "adət-ənənəyə" sadiq qalaraq, haçansa onların və əzizlərinin məzarlarını dağıtsalar, nə bir söz deməyə yer, nə də etiraz etməyə söz qalmayacaq. Bir xalq mahnısında olan sözlərlə hələlik siz sağ, biz salamat: "Gedər ay qız bu gözəllik sənə də qalmaz" ...