CAMAH MÜSTƏQİL QƏZETİNİN NƏŞRİNƏ BAŞLADI
18.06.2004

CAMAH-da aparılmış əsaslı dəyişikliklərdən sonra təşkilat daha da mütəşəkkil olaraq öz fəaliyyətini beynəlxalq səviyyədə gücləndirməyə başlamışdır.
CAMAH Mərkəzi Komitəsinin cari ayın altısında keçirdiyi iclasında təşkilatın müstəqil radio və mətbu orqanının fəaliyyətə başlamasına qərar verilmişdir.
Həmin qərara əsasən artıq ilk addım götürüldü. Belə ki, CAMAH-ın rəsmi qəzeti “Azərbaycanın səsi” adı altında ilk nömrəsini nəşrə buraxdı.
“Azərbaycanın səsi” qəzetinin birinci sayı Azərbaycan və fars dillərində tərtib edilmişdir. Qəzetin redaksiya heyəti Şimali Amerikada yerləşsə də, qəzet eyni zamanda Avropanın müxtəlif ölkələrində də yayımlanır. Ən yaxın zamanlarda Şimali və Cənubi Azərbaycanda yayımlanması texnoloqiyasının da yolları araşdırılmaqdadır. Bunlardan əlavə qəzet www.azerbaycaninsesi.com adresinde internet üzərindən də dünyaya yayımlanır.
Şimali Amerikada rəsmi qeydiyyata alınmış “Azərbaycanın səsi” qəzetinin təsisçisi CAMAH, baş redaktoru isə Bulut Qarapapaqdır.
Qəzet hələlik həftədə bir dəfə nəşr ediləcəkdir.