Nəcəf
Qılınc oğlu Rəncbər 1970-ci ildə Cənubi
Azərbaycanın Parsabad şəhərində anadan olmuşdur.
1990-cı il yanvar hadisələri zamanı Şimali
Azərbaycana mühacirət etmiş, 1994-cü ildə CAMAH-ın
Bakı Komitəsinə üzv olmuşdur. Təşkilatda
fəaliyyətə başladığı ilk günlərdən
göstərdiyi səmimiyyət və sədaqətinə görə,
az bir zamanda əqidə yoldaşları ilə
bərabər, təşkilat rəhbərliyinin də inam
və etimadını qazana bilmişdir.
1996-cı ildə milli hərəkatımızın
dalğaları cənubda gücləndiyi zaman, CAMAH Siyasi
Şurası və rəhbərliyinin qərarı
əsasında Nəcəf Rəncbər təşkilatın
Parsabad şəhər komitəsini yaratmaq üçün cənuba
göndərilmişdir. Orada bir neçə günlük ciddi
fəaliyyətdən sonra İran təhlükəsizlik
xidmətinin (Ettelaat) yerli əməliyyat qrupu vasitəsi
ilə tutulmuş və dər hal Tehrana göndərilmişdir.
Dünyanın ən qorxunc siyasi işgəncə və
həbsxanalarından biri olan Evin zindanında iki aya yaxın
ən ağır və orta əsrlərə xas işgəncələr
altında qalmış və nəhayət Azərbaycana
olan sevgisini öz canını qurban vermeklə bir daha sübut
etmişdir. Nəcəf qanının qiyməti ilə
fars şovinizminə göstərdi ki, Azərbaycanın
qəhrəman oğulları öz canından keçəcək,
amma əsarətdə olan torpağını bir gün mütləq
azad edəcək.
Evin adına yeraltı həbsxana Ettelaatın
nəzarətində olaraq, Tehranın şimalındakı
Səadətabad dağlarının altında yerləşir.
Nəcəf ölməyib. Vahid, müstəqil və
demokratik Azərbaycan dövlətinin yaradılacağı günə
qədər onun şərəfli yolu davam edəcək!
Milli azadlıq yolumuzun ilk şəhidinə eşq
olsun!