İTİRİLMİŞ AZƏRBAYCAN TORPAQLARI
1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan bağlanan (5 haziran müqaviləsi) nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraka verilmiş oldu.
1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadirin Muğanda şah elan olunmasının əleylinə çıxdığı üçün Nadir şah Borçalını Qazax maphalı ilə birlikdə Gəncə bəylər bəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georqiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borsalı Rusiya ərazisinə qatılmışdır.
1813-cü illərdə iki müqavilə, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində, Dərbən də daxil olmaqla Azərbaycanın Arazdan şimalda 130 min kv. km-lik hissəsi Rusiya əsarəti altına düşür. Bü dövrdə işğal altına düşmüş torpaqlarda xristian əhalinin faizini artırmaq məqsədi ilə Naxçıvan, İrəvan, Qarabağ və s. ərazilərə 45 min Qacar və Osmanlı dövlətindən erməni əhali köçürüldü. Azərbaycanın Arazdan cənubda olan ərazilərində isə Qacar Türk dövləti mövcud idi.
1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv. km. olan Dərbənd, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonlar Dağıstan vilayətinə birləşdirildi.
1906-cı ildə aparılan inzibati bölgüdə arazdan cənubda olan Azərbaycan torpaqları 2 hissəyə; mərkəzi Təbriz olan Şərqi Azərbaycan və mərkəzi Urmiya olan Qərbi Azərbaycana bölündü.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan hökuməti Rusiyanın təzyiqi ilə qərar qəbul edərək İrəvan quberniyasının böyük bir hissəsini 9 min kv. km-lik bir ərazini ermənilərə güzəştə
gedir.
1920-ci ildə Azərbaycanın bir hissəsində qurulan Azərbaycan Demokratik Cümhuriyyətini işğal edən Rus sovet imperiyası dövründə 1 dekabr bəyanatına əsasən Zəngəzurun bir hissəsi (4505 kv.km.) Qafan. Gorus. Sisyan və Muğru Ermənistana birləşdirildi.
1920-ci illərin ortalarında Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistan ərazisinə birləşdirildi.
1922-ci ildə Dərələyəz ərazisi ermənilərə verilib.
1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaranması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın digər rayonlarından aralı salınıb.
1934-cü ildə Azərbaycanın Arazdan cənubda olan ərazilərində Qacar türk dövlətinin Pəhləvilər tərəfindən devrilməsi nəticəsində hakimiyyət farsların əlinə keçir. Bununlada Azərbaycanın bu əraziləri farslar tərəfindən işğal edilmiş olur.
1938ci ildə martın 5-də Sədərək və Kərki ətravındakı ərazilər ermənilərə
verildi.
1938ci ildə Zəncan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq müstəqil quberniya yaradıldı.
1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Marağa, Sınıqqala, Həmədan. Sənəndəc və digər ərazilərdə Müstəqil Kürd dövləti yaratdılar. İnqilabın süqutundan sonra isə bu ərazidə kürd ostanlığı yaradıldı.
1952-ci ildə Gilan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq Gilan ostanlığı yaradıldı.
1954-cü ildə Astara və kəndləri şərqi azərbaycandan ayrılaraq Gilan ostanlığına birləşdirildi.
1980-ci illərin ortalarında Ordubadın Kotam və Kilid kənldərinin bəzi hissələri Erənistana verildi.
1982-ildə Qazağın İncədərəsi yaylağı ilə birlikdə Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndləri də Ermənistan ərazisinə qatılıb.
1984-cü ildəki inzibati bölgüyə əsasən fars işğalı altında olan Azərbaycan əraziləri aşağıdakı inzibatı əraziyə bölünmüşdür. Şərqi Azərbaycan (67100 kv. km.), Qərbi Azərbaycan (43700 kv. km.), Gilan, Zəncan, Sənqəndəc, Həmədan, Tehran, Mazandaran, Kirmanşah, Xürrəmabad, Elam, Əhvaz (169200 kv. km.)
1988-94- cü illər Dağlıq Qarabağın işğal tarixini əhatə edir. Bu dövrdə işğal edilmiş ərazilərin sahəsi 4400kv.km-dir:
Xocalı 26 fevral 1992
Şuşa 1 may 1992
Laçın 17 may 1992
Kəlbəcər 3-4 aprel 1993
Ağdərə 17 iyun 1993
Ağdam 23 iyul 1993
Cəbrayıl 18 avqust 1993
Fizuli 23 avqust 1993
Qubadlı 31 avqust 1993
Zəngilan 30 oktyabr 1993
Yazanı və Tərtib edəni: CAMAH üzvü Fərəh Cabbar qızı
|